Son dəqiqə
Azərbaycan-Ermənistan sülhünə beynəlxalq dəstək güclənirTürkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi - VİDEOBƏƏ səmasında gərgin anlar: Raketlər zərərsizləşdirilirİlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - FOTO - VİDEOBir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olubŞəkidə WUF13 Festivalı keçirilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Bərdədə YOXLAMA: Sənədsiz idman qidaları aşkarlanıb - FOTO
Bərdədə YOXLAMA: Sənədsiz idman qidaları aşkarlanıb - FOTO
Hadisə

Bərdədə YOXLAMA: Sənədsiz idman qidaları aşkarlanıb - FOTO

Bu gün
18:00
0 baxış
Paylaş:

Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus "SkyFit" idman zalında yoxlama keçirilib.

Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus "SkyFit" idman zalında yoxlama keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Agentlik sahibkarlara müraciət edərək bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.

AQTA istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırış edir. İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır.

Bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#AQTA_yoxlama#Bərdə_idman_zalı#bioloji_aktiv_qida_məhsulları#qanunsuz_idman_qidaları#SkyFit_idman_zalı#Qida_Təhlükəsizliyi_Agentliyi#qida_əlavələri#sağlamlıq_aktı#qanunsuz_satış.

Oxşar Xəbərlər

Aeroport şosesində AĞIR QƏZA: Ölən varHadisə

Aeroport şosesində AĞIR QƏZA: Ölən var

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
17:460
Goranboyda "Ford Fusion" mikroavtobusla toqquşdu: YARALILARIN SON DURUMUHadisə

Goranboyda "Ford Fusion" mikroavtobusla toqquşdu: YARALILARIN SON DURUMU

"Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan beş nəfəri ambulator müalicə üçün evə buraxılıb".

Bu gün
16:430
Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEOHadisə

Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO

Son günlər şimal bölgəsində yağan aramsız yağışlar Xaçmaz rayonunda sel və daşqınlara səbəb olub. Nəticədə 1 022 evdə subasma hadisəsi qeydə alınıb.

Bu gün
12:560
Sərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEOHadisə

Sərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Bu gün
12:320