Son dəqiqə
ABŞ-də direktorun İŞGƏNCƏ CİNAYƏTİ: Şagirdləri bir-birilərini döyməyə məcbur edibFars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıbİrəvanda özünü evində hiss edən Serdar Kılıçın acizlik qoxan mədhiyyəsi...Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaqMehriban Əliyeva 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan videogörüntü paylaşıbİlham Əliyev Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şəkidə WUF13 Festivalı keçirilib
Şəkidə WUF13 Festivalı keçirilib
Cəmiyyət

Şəkidə WUF13 Festivalı keçirilib

Bu gün
19:10
0 baxış
Paylaş:

Şəki sakinləri və şəhərin qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də "WUF13 Festivalı" keçirilib.

Şəki sakinləri və şəhərin qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də "WUF13 Festivalı" keçirilib.

Gundem.today "Report"a istinadən xəbər verir ki, tədbirin rəsmi proqramı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, digər rəsmi şəxslər və şəhər ictimaiyyətinin iştirakı ilə baş tutub.

Minlərlə insanın qatıldığı interaktiv proqram çərçivəsində WUF13, şəhərsalma mövzuları və Şəkinin memarlıq abidələri barədə suallardan ibarət müsabiqələr təşkil edilib. Sualları düzgün cavablandıran iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində festivala start verilib.

Gundem.today "Report"a istinadən xəbər verir ki, WUF13 Festivalı çərçivəsində günün birinci yarısında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şəki filialında müəllim və tələbə heyətinin iştirakı ilə məlumatlandırma sessiyası təşkil edilib.

Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan sessiyada WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və bu çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Bildirilib ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır.

Tədbirdə ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Forum barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş təqdimat olunub, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.

Bildirilib ki, Azərbaycanda WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Saat 18:00-da festival açıq havada ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_Şəhərsalma_və_Arxitektura_Komitəsi#İnklüziv_Dəyərlər#Ümumdünya_Şəhərsalma_Forumu_(WUF13)

Oxşar Xəbərlər

Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaqCəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu gün
20:120
Bir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olubCəmiyyət

Bir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri yekunlaşıb.

Bu gün
19:120
Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandıCəmiyyət

Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.

Bu gün
18:480
Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTOCəmiyyət

Məşhur ticarət mərkəzlərində SAXTA KÜRÜLƏR aşkarlandı - FOTO

Saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib.

Bu gün
18:120