Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
"NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində martın 26-da Ağdam şəhərinə gəliblər. Heyətə 37 ölkədən 79 nəfər səyahətçi daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.

Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhəri ilə, Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.
Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətFHN: "İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri davam etdirilir" - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
CəmiyyətBir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq və kadr məsələləri sektorunun müdiri Gülnar İlyasova vəzifəsindən azad olunub.
CəmiyyətWUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.
CəmiyyətQərbi Azərbaycan Xronikası: "Ermənilər çalışırdılar ki, biz onların dilində danışaq" - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.