Son dəqiqə
Rusiyalı ekspert dünyada ən nadir metalın adını çəkdiSensasion araşdırma: Quşlar tirannozavrların sirrini açırŞok statistika: Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkirAzərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEOBricit Makron Yelisey sarayındakı həyatın çətinliklərindən danışıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
Cəmiyyət

WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir

26 mart 2026
19:24
6 baxış
Paylaş:

Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.

Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.

Azərbaycanın Keniyadakı Səfirliyindən Gundem.today-a bildirilib ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan hökuməti AUF2-nin təşkilatı məsələlərinə sərf olunması üçün 50 000 ABŞ dolları məbləğində maliyyə töhfəsi edib.

Martın 26-da Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri xanım Alis Vahome və Azərbaycanın Keniyadakı səfiri, eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında ölkəmizin daimi nümayəndəsi Sultan Hacıyev AİDA-nın maliyyə töhfəsini rəsmiləşdirən sənəd imzalayıb.

İmzalanma mərasimində mətbuat nümayəndələrinin suallarını cavablandırarkən keniyalı nazir AUF2-yə edilən maliyyə töhfəsinə görə Azərbaycan Hökumətinə təşəkkür edib və WUF13-ün ev sahibi qismində Azərbaycan nümayəndə heyətinin AUF2-də xüsusi qonaq olaraq iştirakından məmnun olacaqlarını bildirib.

Səfir Sultan Hacıyev dayanıqlı şəhərsalma və inkişaf sahəsində əməkdaşlığın Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb, iki ölkənin sahə üzrə qlobal və regional çərçivədə birgə səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, WUF13 ərəfəsində keçiriləcək AUF2 Keniya Hökuməti, UN-Habitat və Afrika İttifaqı tərəfindən təşkil olunur. Forumda qitədən bir neçə dövlət başçısı, sahə üzrə çoxsaylı nazirlərin daxil olduğu 10 mindən çox iştirakçı gözlənilir.

AUF2-da WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin iştirakı gözlənilir. Eyni zamanda, sahə üzrə QHT-lərin əməkdaşlığını təmin etmək məqsədilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın da iştirakı nəzərdə tutulur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?Cəmiyyət

Azərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?

Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, dilənçiliklə məşğul olan şəxslərə xəbərdarlıq ediləcək, yaxud 100-200 manatadək cərimə tətbiq olunacaq. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 10 günədək inzibati həbs tətbiq ediləcək. Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cə

Bu gün
05:000
Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEOCəmiyyət

Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Tovuz rayonu ərazisində yerləşən Yuxarı Öysüzlü kəndinə səfər edilib.

Bu gün
04:310
Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklikCəmiyyət

Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

2026-cı ilin iyun ayının 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim edilmə qaydası dəyişir. Sözügedən tarixdən vətəndaşlar xaricdən alınan bağlamaları bəyan edərkən, identifikasiya nömrəsi (FİN kod və parol) ilə sistemə daxil olmaq kifayət etməyəcək və xidmət yalnız elektron imza vasitəsilə əlçatan olacaq.

Bu gün
03:000
Naxçıvanda avtomobil aşıb: Bir nəfər ölüb, üç nəfər xəsarət alıbCəmiyyət

Naxçıvanda avtomobil aşıb: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Naxçıvanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
02:210