
Binəqədi-Balaxanı yolunda sürücülərin kabusu: Çuxurlar maşınları sıradan çıxarır - VİDEO
Binəqədi rayonu ərazisində, Binəqədi-Balaxanı yolu kimi tanınan hissədə yaranan çuxurlar sürücüləri ciddi narahat edir.
Binəqədi rayonu ərazisində, Binəqədi-Balaxanı yolu kimi tanınan hissədə yaranan çuxurlar sürücüləri ciddi narahat edir.
Gundem.today ATV-yə istinadən bildirir ki, vətəndaşların sözlərinə görə, problem qısa zamanda həll olunmasa, zərərçəkənlərin sayı daha da arta bilər.
Binəqədi-Balaxanı yolunda hər gün yüzlərlə sürücü yolun bərbad vəziyyətindən əziyyət çəkir. Yolda yaranan çuxurlar avtomobillərin tez-tez nasaz hala düşməsinə səbəb olur. Sürücülər deyirlər ki, bununla yanaşı, xüsusilə, axşam saatlarında yolun yararsız vəziyyətdə olması uzun tıxaclara gətirib çıxarır.
Onların sözlərinə görə, bir çox avtomobilin alt hissəsi zədələnib, təkərləri və digər detalları sıradan çıxıb. Bəzi sürücülər isə avtomobillərinin təmiri üçün əlavə xərc çəkməli olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yollarda yaranan bu cür problemlər mərhələli şəkildə aradan qaldırılır.
Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir. Əlavə olunub ki, gündəlik həyata minimum maneə yaratmaq üçün təmir işləri əsasən gecə saatlarında, həmçinin həftəsonu və bayram günlərində icra olunur.
Qurum rəsmisi Anar Nəcəfli bildirib ki, yaxın günlərdə həmin əraziyə yeni asfalt örtüyü çəkiləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
"27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir".
Cəmiyyət"Ermənilərin əsassız ittihamları vəziyyəti gərginləşdirə bilər" – İcma sədrindən İrəvana ÇAĞIRIŞ
"Ermənilərin işğaldan azad edilmiş ərazilərdə guya "erməni irsinin dağıdılması" barədə yaydıqları ənənəvi iddiaların özü bir daha bu yanaşmanın əsassız olduğunu göstərir. Çünki söhbət 30 il işğal altında saxlanılan, bir milyona yaxın azərbaycanlının öz doğma yurdundan didərgin salındığı Azərbaycan ərazilərindən gedir".
CəmiyyətKür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEO
Aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi kəskin artıb, bəzi ərazilərdə çay məcrasından çıxıb.
CəmiyyətQalmaqallı xəstəxanada direktor vəzifəsi Kamil Hacıyevə həvalə edildi - FOTO
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.