
Bir şəklin tarixçəsi: Rasim Balayev Vəfa Fətullayevanı qucaqlamağa çəkinmişdi - FOTO
"Bir şəklin tarixçəsi" rubrikasında təqdim edilən bu şəkil bizi ötən əsrin 70-ci illərinə aparır. Ağ-qara fotonun içində üç insan oturub - amma əslində orada yalnız üç sənətkar yox, bir dövrün davranış qaydaları və sənətə olan məsuliyyət də əks olunub.
"Bir şəklin tarixçəsi" rubrikasında təqdim edilən bu şəkil bizi ötən əsrin 70-ci illərinə aparır. Ağ-qara fotonun içində üç insan oturub - amma əslində orada yalnız üç sənətkar yox, bir dövrün davranış qaydaları və sənətə olan məsuliyyət də əks olunub.
Zaman 1975-ci il… Məkan "Firəngiz" filminin çəkiliş meydançası - "Azərbaycanfilm" Kinostudiyasının pavilyonu...
Kameralar iki böyük aktyora tuşlanıb - Rasim Balayevlə Vəfa Fətullayevaya.
Gundem.today Modern.az-a istinadla xəbər verir ki, onlar ekranda ər-arvadı canlandırırlar: Vəfa Fətullayeva raykom katibi Firəngiz, Rasim Balayev isə onun həyat yoldaşı Murad obrazını oynayırlar.
Ssenaridəki epizodlardan birində Murad həyat yoldaşı Firəngizi qucaqlamalıdır.
Dubl başlayır və bitir. Sonra yenə. Bir də… Lakin hər üç cəhd uğursuzluqla nəticələnir - Rasim Balayev Vəfa Fətullayevanı qucaqlamağa tərəddüd edir, utanır…
O dövrün tərbiyəsi, ictimai baxışı, "görənlər nə deyər?" düşüncəsi aktyorun peşəkar instinktlərinə mane olur.
Bu şəkildə üçüncü şəxs də var - filmin rejissoru Əbdül Mahmudov.
Qucaqlaşma səhnəsi alınmayanda gənc rejissor hövsələdən çıxır və hirslənir. Daha sonra Rasim Balayevi dilə tutmağa çalışaraq deyir:
"Firəngiz sənin arvadındır e, qonşun deyil, onu elə qucaqlamalısan ki, təbii alınsın".
Uzun-uzadı izahat, dilətutma, bir az da "psixoloji hazırlıqdan" sonra nəhayət o səhnə çəkilir. Bəlkə də o qucaqlaşma texniki baxımdan ideal deyildi, amma içində bir həqiqət var idi - aktyorun öz qorxusunu aşması.
Bu foto məhz o anların arasındakı fasiləni göstərir. Fotoda gülüş var, səmimiyyət var. Sanki bir az əvvəlki gərginlik heç yaşanmayıb. Vəfa Fətullayevanın üzündəki təbəssüm, Rasim Balayevin bir qədər çəkingən duruşu və ümumi ab-hava bizə bir şeyi xatırladır:
Böyük sənətkarlar da insandır. Onlar da utanır, tərəddüd edir, bəzən sadə bir hərəkət qarşısında belə çətinlik çəkirlər. Amma fərq ondadır ki, onlar bu hissləri aşaraq sənətə çevirə bilirlər.
1975-ci ildə ekranlara çıxan "Firəngiz" filmi məsul vəzifədə çalışan bir xanımın ailəsinə münasibətini və kütlə ilə ünsiyyətini göstərir. Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri dostlarının cinayət törətdiklərini üzə çıxarır.
Film yazıçı Bayram Bayramovun "Sərinlik" povestinin motivləri əsasında çəkilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətAynur Kərimovaya yeni vəzifə verildi
"Mədəniyyət Nazirliyinin ləğv olunan Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimovanın işdən azad edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
MədəniyyətNövbəti "Xarıbülbül" musiqi festivalına hazırlıqlar başlayıb
Mayın 14-15-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Konsert proqramı və xarici iştirakçılar haqqında ətraflı məlumat.
MədəniyyətXalq artisti: "Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat"
"SSRİ miqyasında "Yeddi oğul istərəm" on film içərisində ən çox valyuta gətirən idi. "Sovetskiy ekran" jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın".
MədəniyyətXalq artisti: "Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır"
"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, hələ gəlib mənim vaxtım çatmır. Rasim yaxşı insan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu