
Xalq artisti: "Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır"
"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, hələ gəlib mənim vaxtım çatmır. Rasim yaxşı insan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu
"Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının "Aydın" tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, hələ gəlib mənim vaxtım çatmır. Rasim yaxşı insan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu məlumdur. Amma Rasim necə gözəl aktyor idisə, elə də insan idi. Onunla institutda da çalışmışam. Heyif ondan. Çox əziyyət çəkdi".
Gundem.today xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elmira Şabanova deyib:
"İstedadlı yaşlı insanlar həyatdan köçür. Gənc sənətkarlar yaşayıb yaratsınlar. Bizim bəxtimiz gətirib ki, istedadlı müəllimlərlə işləmişik. Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov...
Mehdi Məmmədov Rasimgilin kursunun rəhbəri idi. Mən də yeni dərs deməyə gəlmişdim. Əliabbas Qədirov, Mikayıl Mirzə, Rasim Balayev kimi sənətkarlara dərs deyirdim. Mən Rasimdən təxminən 8 yaş böyüyəm. Biz yaxşı dövrdə yaşamışıq. Rasim Balayev "kinoittifaq"da çalışdığı dövrlərdə xarici ölkələrə gedirdik, səfərlərimiz çox olurdu. İndi "kinoittifaq" yoxdur ki...
Rasim bu işə çox can yandırırdı. Mən də orada üzv idim. Söhbət 80-ci illərdən gedir. Bir müddət sonra məlum məsələlərə görə oradan çıxdım. Rasim yaradan aktyor idi".
Elmira Şabanova bildirib ki, hər sənətkarın öz yolu, izi var:
"Bizim sənətdə hamı "yek", ulduz olmaq istəyir. Ələlxüsus da aktrisalar. Azərbaycanda yalnız bunlar səs salmalı idilər. Qalan hər kəsə badalaq verirdilər. Yuxarılarda heç vaxt adamım olmayıb. Nə qazanmışamsa öz gücümə qazanmışam. Bu gün efirlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Mən əgər "yox" dedimsə demək ki, vəssalam. Mənə elə gəlir ki, telekanallar məndən inciyiblər. Çünki nə filmlərimi, nə televiziya tamaşalarımı göstərirlər. Göstərin də, özümlə qəbirə aparmayacağam".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətZaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" - VİDEO
Hazırda Şuşada yaşayıb-yaradan rəssam Zaur Mirzəyev doğma şəhərə qayıdışın onun həyatında və yaradıcılığında xüsusi önəm daşıdığını deyir.
MədəniyyətŞəhər mənzərələrini sənətə çevirən azərbaycanlı rəssam - FOTO
Uşaqlıq illərindən təsviri sənətə maraq göstərən rəssam Xanlar Əsədullayev 2003-cü ildən peşəkar fəaliyyətə başlayıb.
Mədəniyyət"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır
Qobustan rayonu, Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli "Diri baba" türbəsi bərpa ediləcək.
MədəniyyətCenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi təqdim olunub.