Son dəqiqə
Ağcabədidə iki əmioğlu öldürüldü - Saxlanılan varBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş veribBMT rəsmisi: "WUF13-də əsas diqqət qlobal mənzil problemlərinə yönələcək"Qəbələdə Azərbaycan Prezidentinin Çexiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirilir - FOTOMilli Məclis ECO ilə olan sazişi təsdiqlədiŞabranda sel körpünü uçurub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Boks üzrə Azərbaycan millisi Braziliyadakı Dünya Kubokunda ikinci oldu - FOTO
Boks üzrə Azərbaycan millisi Braziliyadakı Dünya Kubokunda ikinci oldu - FOTO
İdman

Boks üzrə Azərbaycan millisi Braziliyadakı Dünya Kubokunda ikinci oldu - FOTO

Bu gün
10:12
0 baxış
Paylaş:

Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.

Boks üzrə Azərbaycan millisi Braziliyanın Fos-du-İquasu şəhərində keçirilmiş Dünya Kubokunda komanda hesabında ikinci olub.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 49 ölkədən 400 idmançının qatıldığı yarışda Azərbaycan millisi tarixi nəticəyə imza atıb. Komanda Dünya Kubokunda ilk dəfə 3 qızıl və 1 bürünc medal qazanıb.

Finalda Sübhan Mamedov (50 kq) İssam Bensayar (Mərakeş) ilə döyüşüb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə Davit Çaloyana (Ermənistan) gücünü göstərib. Rəqibini 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən Abdullayev komandanın üçüncü qızıl medalını rəsmiləşdirib və Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Millinin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya Kubokunun qalibi olub, daha öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.

Beləliklə, 3 qızıl və 1 bürünc medal qazanan kişilərdən ibarət millimiz Dünya Kubokunu komanda hesabında ikinci yerdə başa vurub. Yarışa 6 kişi boksçu ilə qatılan yığmamızı ev sahibləri yalnız gümüş medal hesabına qabaqlayıb.

Qeyd edək ki, boksçular Vətənə aprelin 29-da qayıdacaqlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#boks_üzrə_Azərbaycan_millisi#Dünya_Kuboku_Braziliya#Fos-du-İquasu_boks#Sübhan_Mamedov#Məhəmməd_Abdullayev#Səidcəmşid_Cəfərov#boksçularımız_qızıl_medal#Azərbaycan_Boks_Federasiyası

Oxşar Xəbərlər

"Liverpul"da ciddi itki: Məhəmməd Salah mövsümü yarımçıq başa vurduİdman

"Liverpul"da ciddi itki: Məhəmməd Salah mövsümü yarımçıq başa vurdu

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında "Kristal Pelas"la oyunda (3:1) ciddi zədə alması səbəbindən mövsümü yarımçıq başa vurub.

Bu gün
11:480
Məşhur avtomobil yarışında 27 maşın toqquşdu - VİDEOİdman

Məşhur avtomobil yarışında 27 maşın toqquşdu - VİDEO

ABŞ-nin Alabama ştatında NASCAR yarışında avtomobillərin zəncirvari toqquşması baş verib.

Bu gün
10:520
Dünya çempionatına 45 gün qaldı: ÇEXİYA - "Narodnı tim" - VİDEOİdman

Dünya çempionatına 45 gün qaldı: ÇEXİYA - "Narodnı tim" - VİDEO

Çexiya ("Narodnı tim") 2026-cı il dünya çempionatına vəsiqəni olduqca dramatik şəkildə təmin etdi. UEFA pley-off mərhələsində İrlandiya Respublikası və Danimarka üzərində penaltilər seriyasındakı ardıcıl qələbələr sayəsində komanda 20 illik fasilədən sonra yenidən qlobal turnirə vəsiqə qazanıb.

Bu gün
09:000
Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqibİdman

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

Bu gün
08:210