
İran parlamentinin sədri: "ABŞ bizdən güclüdür"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail ilə qarşıdurma fonunda verdiyi açıqlamada İranın hərbi baxımdan Vaşinqtondan zəif olduğunu etiraf edib, ancaq bunun strateji üstünlük qazanmağa mane olmadığını bildirib.
Gundem.today bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
M.B.Qalibafın sözlərinə görə, ABŞ-nin daha çox maliyyə imkanları, avadanlıq və resursları var, həmçinin dünyada çoxsaylı hərbi əməliyyatlar apardığı üçün daha geniş təcrübəyə malikdir.
İran parlamentinin sədri qeyd edib ki, Tehran müharibəni asimmetrik strategiya ilə apararaq düşməni geri çəkilməyə məcbur edib. Onun fikrincə, ABŞ və İsrail resurslara malik olsa da, səhv strategiya seçib və həm İranın hərbi imkanlarını, həm də xalqın reaksiyasını düzgün qiymətləndirə bilməyib.
M.B.Qalibaf əlavə edib ki, İran düşməni tam məhv etməyib və onların hələ də silah və maliyyə resursları var, lakin siyasətçinin sözlərinə görə, strateji baxımdan İran qarşısında məğlubiyyətə uğrayıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ 38 ildən sonra ilk dəfə İrana qarşı göyərtə topundan istifadə etdi
ABŞ-nin "Spruance" esminesindən İran sahillərindəki yük gəmisinə göyərtə toplarından atəş açılması ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 38 ildən sonra ilk belə hadisə olub.
DünyaDanimarkada qatarlar TOQQUŞUB: Yaralılar var - FOTO
Danimarkada iki qatar toqquşub.
DünyaABŞ-də irimiqyaslı meşə yanğınları: Əllidən çox ev kül olub, sakinlər təxliyə edilir
ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində 50-dən çox yaşayış evi külə dönüb.
Dünya"Brent" markalı neft bahalaşdı
Qlobal bazarda neft bahalaşıb.