
Böyük Britaniyada hər 80 saniyədə bir nəfərə xərçəng diaqnozu qoyulur
Böyük Britaniyada hər il 403 mindən çox insana xərçəng diaqnozu qoyulur.
Böyük Britaniyada hər il 403 mindən çox insana xərçəng diaqnozu qoyulur.
Gundem.today xəbər verir ki, bu barədə "The Guardian" qəzeti "Cancer Research UK" xeyriyyə təşkilatının hesabatına istinadən xəbər yayıb.
Hesabata əsasən, xəstəliyə yoluxma halları rekord həddə çatıb: artıq ölkədə hər 80 saniyədə bir nəfərə xərçəng diaqnozu qoyulur. Statistikaya nəzər saldıqda görünür ki, 10 il əvvəl hər 100 min nəfərə 610 xəstəlik halı düşürdüsə, hazırda bu rəqəm 620-yə yüksəlib. Xəstəliyin erkən mərhələdə aşkarlanması göstəricisi isə cüzi artaraq 54%-dən 55%-ə çatıb.
Mütəxəssislər diaqnoz qoyulan xəstələrin sayının artmasını bir neçə amillə izah edirlər:
- Ölkə daxilində kütləvi skrininq müayinələrinin genişləndirilməsi xəstəliyin daha çox insanda vaxtında aşkarlanmasına şərait yaradır.
- Əhalinin yaşlanması və ümumi sayının artması xərçəng riski yüksək olan yaş qruplarının çoxalmasına səbəb olur.
- Piylənmə və tütün məhsullarından istifadə kimi qarşısı alına bilən amillər də statistikaya mənfi təsir göstərir. Məsələn, Böyük Britaniyada illik təxminən 57 700 xərçəng hadisəsi məhz siqaret çəkməklə birbaşa bağlıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARI
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri postundan kənarlaşdırılan Con Felan daha öncə Ağ Ev rəhbəri Donald Trampı onu bu vəzifədə saxlamağa inandırmağa cəhd göstərib.
DünyaMaduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı hərbçi Qannon Ken Van Daykın həbs olunduğunu açıqlayıb. O, insayder məlumatlarından istifadə etməkdə ittiham olunur: istintaqın məlumatına görə, hərbçi "Polymarket" platformasında Venesuela liderinin vəzifədən kənarlaşdırılması ilə bağlı mərclərdən 400 min dollardan çox gəlir əldə edib.
DünyaABŞ-də tornado: 10 nəfər xəsarət alıb
ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DünyaABŞ-də tornado: 10 nəfər xəsarət alıb - VİDEO
ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.