
Böyük Britaniyada vəftiz mərasimi zamanı faciə: Pastor qadın kişini suda boğub
Böyük Britaniyada vəftiz mərasimi zamanı bədbəxt hadisə baş verib.
Böyük Britaniyada vəftiz mərasimi zamanı bədbəxt hadisə baş verib.
Gundem.today "AP News" nəşrinə istinadla xəbər verir ki, mərasimi icra edən qadın pastor Robert Smit adlı şəxsin ölümünə səbəb olmaqda ittiham edilir.
Faciə 8 oktyabr 2023-cü ildə Birminhemdə yerləşən şəxsi evin arxa həyətində baş verib. "Life Changing Ministries" dini icmasının keçirdiyi mərasim üçün şişmə uşaq hovuzundan istifadə olunub. Hadisənin ən sarsıdıcı tərəfi odur ki, mərasim "Facebook"da canlı yayımlanıb və onlarla insan 61 yaşlı Robert Smitin suda boğulma anını izləyib.
İstintaqın versiyasına görə, kişinin ölümü mərasim zamanı təhlükəsizlik qaydalarını pozan din xadiminin səhlənkar hərəkətlərinin nəticəsidir. 48 yaşlı pastor Şeril Bartliyə qarşı ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda məhkəmə prosesi davam edir. İş üzrə növbəti iclasın 14 may tarixində Birminhem Magistrat Məhkəməsində keçirilməsi planlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKamçatkada itkin düşən turist qrupu tapıldı: 2 ölü, 5 yaralı - VİDEO
Kamçatkada itkin düşmüş turist qrupunun yeddi üzvündən beşi sağ tapılıb.
DünyaAğ Ev işçilərinin birja hərraclarındakı aktivliyi - Trampı qəzəbləndirən məqam nədir?
Ağ Ev işçilərinə füçers hərraclarında iştirak məqsədilə vəzifə səlahiyyətlərindən yararlanmamaları barədə xəbərdarlıq edib.
Dünya"Honda" yenidən məhkəməyə verildi
"Honda" şirkəti 14 ildir ki, istehsal etdiyi avtomobillərdə aşağı keyfiyyətli boya örtüyündən istifadə etməkdə ittiham olunur.
DünyaCənubi Koreyada şagird və tələbələrə kompüterlər paylanacaq
Cənubi Koreya hökuməti qlobal operativ yaddaş böhranı fonunda şagird və tələbələrə kompüter paylamaq qərarına gəlib.