
Böyük Britaniyanın 2030-cu ilə qədər yeni silah almağa vəsaiti çatmayacaq
Maliyyə qıtlığı səbəbindən Böyük Britaniya 2030-cu ilədək yeni silahların tədarükünü həyata keçirə bilməyəcək.
Maliyyə qıtlığı səbəbindən Böyük Britaniya 2030-cu ilədək yeni silahların tədarükünü həyata keçirə bilməyəcək.
Gundem.today xəbər verir ki, bu barədə Böyük Britaniya Strateji Komandanlığına 2013-2016-cı illərdə rəhbərlik etmiş Riçard Barrons "The Times" nəşrinə müsahibəsində danışıb.
2025-ci ilin iyununda təsdiqlənmiş Strateji Müdafiə İcmalının həmmüəllifi vurğulayıb ki, Birləşmiş Krallığın Silahlı Qüvvələri müharibəyə hazırlıq məsələsini sadəcə nəzəri cəhətdən dəyərləndirə bilər. Reallıqda isə müasir silahlanma üçün büdcə ayrılmayıb. Ordunun tank, artilleriya və helikopter ehtiyaclarını qarşılamaq üçün vəsaiti olsa da, pilotsuz uçuş aparatları, süni intellektə əsaslanan komplekslər və gəzən sursatlar kimi qabaqcıl texnologiyalara maliyyə çatışmır.
Sabiq komandanın fikrincə, hesabat yayımlandıqdan sonra Müdafiə Nazirliyi ordunun maliyyələşdirilməsi məsələsində "geri addım atıb". R.Barrons xəbərdarlıq edib ki, sərmayə qıtlığı yerli "sənaye potensialını məhv edir" və hərbi sənaye müəssisələrini öz istehsalatlarını ölkə hüdudlarından kənara daşımağa vadar edir:
"Hazırda maliyyə vəsaitləri mövcud deyil və növbəti dörd il ərzində də tapılmaya bilər. Məhz buna görə reytinqli texnologiya firmaları öz kapitalını ABŞ, Almaniya və ya Polşaya yönəldir ki, bu da daxili sənaye bazasının çökməsi təhlükəsini qaçılmaz edir".
Qeyd edək ki, 2 iyun 2025-ci il tarixində rəsmiləşdirilən 144 səhifəlik sənəd dövlət üçün əsas təhlükələri müəyyənləşdirir. Həmçinin, Kral Hərbi Hava Qüvvələrinin cari durumunun təhlili və ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində təkliflər təqdim edilir. 2024-cü ilin iyulundan etibarən üzərində işlənən sənədin müəllifləri arasında NATO-nun eks-baş katibi (1999-2003) Corc Robertson, Britaniya Strateji Komandanlığının sabiq rəisi (2013-2016) Riçard Barrons, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Rusiya masasının keçmiş rəhbəri Fiona Hill, eləcə də hökumət nümayəndələri və müstəqil mütəxəssislər yer alıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin Hörmüz boğazında saxladığı İran gəmisi Pakistana təhvil verildi
Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.
DünyaGünəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər
Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.
Dünyaİranda üç "Mossad" agenti edam edilib
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.
DünyaABŞ Hörmüz boğazındakı əməliyyatının detallarını açıqladı
Hörmüz boğazında ilişib qalan tankerlərə kömək etmək üçün planlaşdırılan "Azadlıq layihəsi" əməliyyatı hazırkı mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələrinin donanması tərəfindən gəmilərin müşayiətini nəzərdə tutmur.