Son dəqiqə
"Santos"da şok qalmaqal: Neymar məşqdə Robinyonun oğlunu vurdu"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanatCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYAQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏBABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Qəbələdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Qəbələdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Cəmiyyət

Qəbələdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO

Bu gün
13:41
0 baxış
Paylaş:

Mayın 4-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.

Mayın 4-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.

Gundem.today xəbər verir ki, mərkəzin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən sessiya Qəbələ şəhərində davam edən WUF13 Festivalı çərçivəsində təşkil olunub.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş məlumat təqdim olunub, eyni zamanda Forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.

Qalib Nəbiyev tədbirin açılışında çıxış edərək bildirib ki, ölkəmizdə WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. O, həmçinin rəhbərlik etdiyi mərkəzin ölkəmizin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu və burada 56 rayondan gənclərin təhsil aldığını qeyd edib.

Ramiz İdrisoğlu Azərbaycanda 2026-ci illin "Şəhərsalma və Memarlıq ili" elan edilməsi vurğulayaraq qeyd edib ki, bu tarixi qərar dövlətimizin şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqətinin, eləcə də bu istiqamətdə həyata keçirilən inkişaf startegiyasının məntiqi nəticəsidir. O, müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.

Emin Hüseynzadə gəncləri 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. O bildirib ki, Forum hamı üçün əlçatan olacaq və gənclər əsas tədbirlərə həm əyani, həm də onlayn formatda qoşula bilərlər.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.

Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#WUF13#Ümumdünya_Şəhərsalma_Forumu#Qəbələ_Dövlət_Peşə_Təhsil_Mərkəzi#Qəbələdə_festival#şəhərsalma_və_memarlıq#dayanıqlı_şəhər_inkişafı#WUF13_məlumatlandırma_sessiyası#Bakı_WUF13_2026.

Oxşar Xəbərlər

"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİCəmiyyət

"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ

"Space" televiziyasına yeni baş direktor təyin edilib.

Bu gün
15:460
"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edirCəmiyyət

"Report" UNEC Tədqiqat Fondu ilə birlikdə yeni analitik məhsul təqdim edir

"Global Media Group" və UNEC Tədqiqat Fondunun birgə əməkdaşlığı çərçivəsində "Report" İnformasiya Agentliyində yeni analitik layihənin icrasına başlanılıb.

Bu gün
15:400
Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDICəmiyyət

Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

Bu gün
15:100
Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaqCəmiyyət

Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq

Mayın 5-də saat 10:00-dan etibarən Neftçala və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz müvəqqəti kəsiləcək.

Bu gün
15:060