
Böyük Britaniyanın baş naziri seçki kampaniyasından kənarlaşdırıldı - SƏBƏB
Böyük Britaniyanın Baş naziri Kir Starmer son dərəcə aşağı şəxsi populyarlığı və toksiklik səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasında iştirakını faktiki olaraq dayandırmaq məcburiyyətində qalıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer son dərəcə aşağı şəxsi populyarlığı və toksiklik səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasında iştirakını faktiki olaraq dayandırmaq məcburiyyətində qalıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The Daily Telegraph" nəşri mənbələrə istinadən məlumat verib.
Böyük Britaniyada yerli seçki mayın 7-də keçiriləcək. Seçkidə 134 qanunverici orqanda 4 800 yer, eləcə də Uels və Şotlandiya parlamentlərinin tərkibi müəyyənləşəcək.
Nəşrin proqnozuna görə, leyboristlər İngiltərənin şəhər şuralarında 2 000-ə qədər yeri itirə və tarixdə ilk dəfə olaraq Uels parlamenti olan Senedd üzərində nəzarətdən məhrum ola bilərlər.
Nəşr qeyd edir ki, Starmerin toksik obrazı səbəbindən regional siyasətçilər hökumət başçısından uzaq durmağa üstünlük verirlər.
Leyborist Partiyasının yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, Starmeri qeyri-səmimi və ikiüzlü kimi qəbul edirlər. O, həmçinin qeyd edib ki, baş nazirin davamçısı yoxdur.
Bundan əlavə, nəşrin mənbələri vurğulayıblar ki, yerli şuraların bir çox leyborist üzvləri özlərinin seçki dairələrində seçkiqabağı kampaniyada iştirak üçün Starmerin qoşulmasını istəmirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi - VİDEO
Türkiyə rəsmi olaraq "Yıldırımhan" adlı ilk qitələrarası ballistik raketini ictimaiyyətə nümayiş etdirib. Bu hadisə ölkənin strateji gücünün və milli müdafiə sənayesinin inkişafında mühüm mərhələ hesab olunur.
DünyaBƏƏ səmasında gərgin anlar: Raketlər zərərsizləşdirilir
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir.
DünyaTehranda ticarət mərkəzində güclü YANĞIN - VİDEO
İranın Tehran şəhərinin Əndişe bölgəsində yerləşən "Ərğəvan" ticarət mərkəzində güclü yanğın baş verib.
DünyaABŞ və Britaniyanın maliyyə nazirləri arasında İranla bağlı QALMAQAL
ABŞ-nin maliyyə naziri Skott Bessent britaniyalı həmkarı Reyçel Rivzin Vaşinqtonun Tehrana yönəlik hərbi addımlarını tənqid etməsinə sərt reaksiya verib.