
"Buker-2026": Milyonların maraqla gözlədiyi siyahıda kimlər var?
Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri hesab olunan beynəlxalq "Buker" mükafatının (International Booker Prize) 2026-cı il üzrə namizədlərin qısa siyahısı elan edilib.
Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri hesab olunan beynəlxalq "Buker" mükafatının (International Booker Prize) 2026-cı il üzrə namizədlərin qısa siyahısı elan edilib.
Gundem.today layihənin rəsmi saytına istinadən xəbər verir ki, builki finalçılar arasına altı əsər daxil edilib:
- "Cadugər" - Mari Ndyay;
- "Yer üzündə olduğu kimi" - Ana Paula Maya;
- "Rejissor" - Daniel Kelman;
- "Qalan o" - Rene Karabaş;
- "Tehranda sakit gecələr" - Şida Bazyar;
- "Tayvan səyahətnaməsi" - Yan Şuan-tszı.
Mükafatın qalibi mayın 19-da Londondakı "Tate Modern" qalereyasında keçiriləcək təntənəli mərasimdə açıqlanacaq. Qeyd edək ki, 2026-cı il mükafatı "Bukhman Philanthropies" fondunun dəstəyi ilə təqdim olunur.
Ümumi mükafat fondu 50 min funt sterlinq (təxminən 66 min dollar) təşkil edir. Müsabiqənin qaydalarına əsasən, bu məbləğ qalib əsərin müəllifi ilə tərcüməçisi arasında bərabər bölünür. Bundan əlavə, qısa siyahıya düşən hər bir əsərin müəllifi və tərcüməçisinə 5 000 funt sterlinq (müəllifə 2 500, tərcüməçiyə 2 500 funt-sterlinq olmaqla) pul mükafatı təqdim ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".