
"CBC FM" beş yaşında!
Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - "CBC FM" bu gün beş yaşını qeyd edir. 2021-ci il mayın 8-də Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidilmişdi.
Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - "CBC FM" bu gün beş yaşını qeyd edir. 2021-ci il mayın 8-də Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidilmişdi.
Gundem.today xəbər verir ki, "CBC FM" Azərbaycan, rus və erməni dillərində yayımlanır.
Bu müddət ərzində yerli və xarici aparıcı ekspertlərlə yüzlərlə müsahibə, minlərlə saat canlı yayım dinləyicilərə təqdim olunub.
"CBC FM"in efiri təkcə siyasət və iqtisadiyyat xəbərləri ilə məhdudlaşmır. 102.7 FM dalğasında müxtəlif məzmunlu, o cümlədən şəhidlərimiz və qazilərimiz haqqında, tariximiz, mədəni irsimiz, ədəbiyyatımız, tibb sahəsində əldə olunan nailiyyətlərlə bağlı verilişləri də dinləyicilərə təqdim olunur.
"CBC FM" obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq işini davam edir. Bundan sonra da 102.7 FM dinləyicilərini yeni layihələr, maraqlı verilişlər və dəqiq xəbərlər gözləyir!
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNizami rayonunun bəzi ərazilərində sakinlər qazsız qalıblar
Bu gün Nizami rayonunda 12:00-dan E.Süleymanov, M. Şərifli, R.Rüstəmov və C.Naxçıvanski küçələrinin qaz təchizatında fasilə yaranıb.
Cəmiyyətİnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir" - FOTO
Hantavirus müxtəlif ölkələrdə aşkarlanmaqla yayılma coğrafiyasını genişləndirir. İsraildə qeydə alınan yeni yoluxma faktı, həmçinin Fransa, İsveçrə və CAR-dakı hallarla birlikdə virusun daha geniş ərazilərdə müşahidə olunduğunu göstərir. Eyni zamanda, "MV Hondius" kruiz gəmisində baş verən yoluxmalar da narahatlığı artırıb.
CəmiyyətHeydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib - FOTO
Heydər Əliyev Fondu və Azərbaycanın Çindəki səfirliyi Pekin Uşaq Rifah İnstitutunda müalicə alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə aksiyası keçirib.
CəmiyyətBakı-Xırdalan-Bakı qatarlarının yenilənmiş qrafiklə - CƏDVƏL
Abşeron dairəvi dəmiryol xəttinin Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək.