
Ukraynada Çernobıl AES-in təcrid zonasında genişmiqyaslı meşə yanğını - FOTO - VİDEO
Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında irimiqyaslı meşə yanğını qeydə alınıb.
Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında irimiqyaslı meşə yanğını qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) rəsmi "Telegram" kanalında məlumat yayılıb.
Qurumun açıqlamasına əsasən, hazırda həmin ərazidə güclü yanğının lokallaşdırılması istiqamətində işlər aparılır. Bildirilir ki, alov artıq 1100 hektarı aşan meşəlik ərazini bürüyüb.
"Küləyin güclü olması yanğının qısa müddətdə yeni sahələrə keçməsinə şərait yaradır", - deyə xəbərdə qeyd edilir.
Çernobıl qəzasından sonra təsirə məruz qalmış zonada yanğınsöndürmə briqadaları tərəfindən alovun qarşısının alınması əməliyyatları davam etdirilir. Fəsadların aradan qaldırılması və ehtimal olunan nəticələr haqqında hələlik əlavə təfərrüat verilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran böhranı dünyada ərzaq qiymətlərini üç illik maksimuma çatdırdı
ABŞ və İsrailin İrana qarşı müharibəsi dünyada ərzaq qiymətlərinin üç ildən çox müddətdə ən yüksək səviyyəyə qalxmasına gətirib çıxarıb.
Dünyaİran ordusu "Ocean Koi" tankerini ələ keçirdi
İranın Hərbi Dəniz Qüvvələri Barbados bayrağı altında hərəkət edən "Ocean Koi" adlı tankeri qanunsuz neft ixracına cəhd iddiası ilə ələ keçirib.
DünyaAlmaniyada banka hücum: Girov götürülənlər var - FOTO
Almaniyanın cənub-qərbindəki Sintsiq (Reynland-Pfalts federal torpağı) şəhərində polis "Volksbank" bankının filialında insanların girov götürülməsi ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat keçirir.
DünyaƏraqçının Çin səfəri: Həlledici məqam yetişir - VİDEO
"İranın xarici işlər naziri Abbas Əraqçının 5-6 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasına səfəri istər İranın özündə, istərsə də beynəlxalq mediada önəmli diplomatik hadisə kimi dəyərləndirilib. Bu da bir neçə səbəblə əlaqədardır".