
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSüd BAHALAŞACAQ
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.
CəmiyyətCəlilabadda ağır qəza: Yaralanan şəxslərin son vəziyyəti açıqlandı
Cəlilabad rayonunda baş verən qəzada yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
CəmiyyətSabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
CəmiyyətÇörəyə çıxdılar, qayıdanda evlərini yerlə-yeksan gördülər - Paytaxtda qalmaqallı söküntü İDDİASI - VİDEO
Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 104 ünvanında yaşayan sakinlər evlərinin qanunsuz söküldüyünü iddia edirlər.