Son dəqiqə
Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilibUkraynadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunurİlham Əliyev: "Strateji tərəfdaşlıq haqqında bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb" - FOTOABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıbHindistanda fişəng fabrikində partlayış: 13 nəfər həlak oldu - VİDEOBMT-nin iclasında WUF13 müzakirə edilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Cənubi Koreyada qırıcıların toqquşması üzə çıxdı: Pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olub
Cənubi Koreyada qırıcıların toqquşması üzə çıxdı: Pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olub
Dünya

Cənubi Koreyada qırıcıların toqquşması üzə çıxdı: Pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olub

Bu gün
17:58
0 baxış
Paylaş:

Cənubi Koreya iki qırıcı təyyarə havada toqquşub.

Cənubi Koreya iki qırıcı təyyarə havada toqquşub.

Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, iki "F-15K" qırıcısının toqquşması pilotların mobil telefonlarla foto və video çəkməyə diqqətlərinin yayınması səbəbindən baş verib.

Hadisə bir neçə il əvvəl baş versə də, təfərrüat indi açıqlanıb.

Pilotlardan biri, izləyici rolunu yerinə yetirən şəxs, bölmədəki son uçuşu zamanı xatirə şəkilləri çəkmək niyyəti barədə əvvəlcədən məlumat veribmiş.

Qeyd olunur ki, belə təcrübə o zaman pilotlar arasında geniş yayılmışdı. Bazaya qayıdarkən izləyici pilot şəkil çəkməyə başlamış, aparıcı təyyarənin heyəti də video çəkməyə qərar verib. Daha yaxşı rakurs əldə etmək üçün izləyici yüksəklik qazanma və çevrilmə manevri icra etmiş, nəticədə təyyarələr təhlükəli şəkildə bir-birilərinə yaxınlaşıblar.

Aparıcının kəskin enmə yolu ilə toqquşmanın qarşısını almaq cəhdi uğursuz olub - qırıcılar bir-birinə toxunublar. Toqquşma nəticəsində təyyarənin birinin qanadı və digərinin quyruq hissəsi zədələnib.

Hər iki pilot sağ qalıb və xəsarət almayıblar. Lakin qırıcıların təmiri təxminən 500 min dollara başa gəlib. Hadisədən sonra izləyici pilot xidmətdən kənarlaşdırılıb, daha sonra ordudan ayrılaraq kommersiya aviasiyasında işə düzəlib.

Hərbi Hava Qüvvələri (HHQ) ondan təxminən 500 min dollar tələb etməyə çalışmış, lakin o bu qərarı mübahisələndirib. Yoxlamanın nəticələrinə görə məsuliyyətin bir hissəsinin HHQ komandanlığının üzərinə düşdüyü müəyyən edilib - uçuşlar zamanı şəxsi cihazların istifadəsini tənzimləyən aydın qaydaların olmaması səbəbindən. Nəticədə pilot zərərin yalnız bir hissəsini ödəməli olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Cənubi_Koreya#qırıcı_təyyarələr#havada_toqquşma#F-15K#hərbi_aviasiya#mobil_telefonla_çəkiliş#təyyarə_qəzası#Hərbi_Hava_Qüvvələri#pilotların_ehtiyatsızlığı.

Oxşar Xəbərlər

Ukraynadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunurDünya

Ukraynadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunur

Ukraynadan keçən "Drujba" boru kəmərinin doldurulmasına başlanılıb.

Bu gün
20:120
ABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıbDünya

ABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıb

ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 1.93 milyon barel artaraq 465.7 milyon barelə çatıb.

Bu gün
20:000
Hindistanda fişəng fabrikində partlayış: 13 nəfər həlak oldu - VİDEODünya

Hindistanda fişəng fabrikində partlayış: 13 nəfər həlak oldu - VİDEO

Hindistanın Kerala ştatında fişəng fabrikində baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.

Bu gün
19:480
Vaşinqton İranla müharibədə onu dəstəkləməyən NATO üzvlərini cəzalandırmağı planlaşdırırDünya

Vaşinqton İranla müharibədə onu dəstəkləməyən NATO üzvlərini cəzalandırmağı planlaşdırır

Amerika Birləşmiş Ştatları Şimali Atlantika Alyansına (NATO) üzv olan dövlətlərin hərbi bloka verdiyi dəstəyin səviyyəsinə görə xüsusi siyahı tərtib edib.

Bu gün
19:240