Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Cənubi Koreyada yaşayış binasında yanğın: Ölən və yaralananlar var
Cənubi Koreyada yaşayış binasında yanğın: Ölən və yaralananlar var
Dünya

Cənubi Koreyada yaşayış binasında yanğın: Ölən və yaralananlar var

30 aprel 2026
12:44
0 baxış
Paylaş:

Cənubi Koreyanın Seul şəhəri yaxınlığındakı Uyvanq yaşayış məntəqəsində yerləşən çoxmərtəbəli binada yanğın qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha altı şəxs isə xəsarət alıb.

Cənubi Koreyanın Seul şəhəri yaxınlığındakı Uyvanq yaşayış məntəqəsində yerləşən çoxmərtəbəli binada yanğın qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha altı şəxs isə xəsarət alıb.

Gundem.today xəbər verir ki, bu məlumatı yerli rəsmi qurumlara istinadla "Yonhap" agentliyi yayımlayıb.

Alov 20 mərtəbədən ibarət yaşayış kompleksinin 14-cü mərtəbəsindəki mənzildə başlayıb. Yanğınsöndürmə briqadaları təqribən iki saatlıq mübarizədən sonra yanğının qarşısını tam şəkildə ala biliblər.

Məlumata görə, təxminən 60 yaşlarında olan kişi yanğın zamanı mənzilin pəncərəsindən düşərək həlak olub. Onun 50 yaşlarındakı həyat yoldaşı isə evdə huşunu itirmiş vəziyyətdə aşkar edilib.

Hadisə zamanı digər altı nəfər tüstüdən yüngüldərəcəli zəhərlənmə əlamətləri ilə xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanları və yanğınsöndürmə mütəxəssisləri alovlanmanın, eləcə də iki nəfərin ölümünün dəqiq səbəblərini araşdırırlar.

Bildirilir ki, hadisə yerindən kişiyə məxsus olduğu ehtimal edilən məktub da tapılıb. Yazıda mərhumun şəxsi və maddi problemlərdən əziyyət çəkdiyi öz əksini tapıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Yanğın_hadisəsi

Oxşar Xəbərlər

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilibDünya

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib

ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

Dünən
18:280
Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTODünya

Pentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO

ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.

Dünən
18:280
ABŞ-nin Kuba ilə bağlı planı bəlli olduDünya

ABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu

"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".

Dünən
18:080
ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıbDünya

ABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.

Dünən
17:520