
Çin ABŞ blokadasına meydan oxudu: Hörmüzdən istifadəni və İranla əməkdaşlığı davam etdirəcək
Çin ABŞ-nin elan etdiyi dəniz blokadasına baxmayaraq, Hörmüz boğazından istifadə etməyi və energetika sahəsində İranla əməkdaşlığı davam etdirəcəyini bəyan edib.
Çin ABŞ-nin elan etdiyi dəniz blokadasına baxmayaraq, Hörmüz boğazından istifadə etməyi və energetika sahəsində İranla əməkdaşlığı davam etdirəcəyini bəyan edib.
Gundem.today "aif.ru"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun bildirib.
Onun sözlərinə görə, Pekin regionda öz donanmasının mövcudluğunu saxlamaq və Tehranla enerji sazişlərini yerinə yetirmək niyyətindədir. Çin tərəfi həmçinin ABŞ-yə ticarət gəmilərinin fəaliyyətinə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq edib.
"Hörmüz boğazı mal və enerji daşıyıcıları üçün mühüm beynəlxalq ticarət marşrutudur və onun təhlükəsizliyinin, sabitliyinin, maneəsiz hərəkətinin təmin edilməsi beynəlxalq birliyin ümumi maraqlarına cavab verir", - deyə Q.Tszyakun vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.
Dünyaİran hava məkanını qismən AÇDI
Fevralın 28-dən bəri ilk dəfə olaraq İranın Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanını mülki uçuşlar üçün qismən açıb. Hazırda yalnız ölkənin şərq hissəsində təyyarələrin hərəkətinə icazə verilir.
DünyaHörmüz müəmması: Qalibaf Trampın dediklərini təkzib etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar aparılması barədə səsləndirdiyi iddialara cavab verib.
DünyaAlyaskada ayı iki hərbçiyə hücum edib
ABŞ-nin Alyaska ştatının Ankoric şəhərində fəaliyyət göstərən Elmendorf-Riçardson hərbi bazasında iki əsgər qonur ayının hücumuna məruz qalaraq yaralanıb.