
Çində 89 yaşlı qadın 27-ci mərtəbədən divarla enərək xilas olub
Çində 89 yaşlı qadın kilidli qaldığı yataq otağından çıxmaq üçün binanın xarici divarı ilə 27-ci mərtəbədən 21-ci mərtəbəyə enib.
Çində 89 yaşlı qadın kilidli qaldığı yataq otağından çıxmaq üçün binanın xarici divarı ilə 27-ci mərtəbədən 21-ci mərtəbəyə enib.
Gundem.today xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri xəbər yayıb.
Pekin sakini olan yaşlı qadın ilk olaraq 26-cı mərtəbə səviyyəsində görünüb. Ərazidəki təmizlik işçisi və mühafizəçi qəribə səslər eşidərək yuxarı baxıblar. Onlar qadının kondisioner bloklarını qoruyan metal barmaqlıqlardan asılı vəziyyətdə qaldığını görərək dərhal polisə xəbər veriblər.
Şahidlərin qadını dayandırmaq cəhdlərinə baxmayaraq, o, enməyə davam edib və yalnız 21-ci mərtəbədə - yerdən təxminən 50 metr hündürlükdə dayanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər binanın daxilindən müdaxilə ediblər. Əvvəlcə qadına təhlükəsizlik kəndiri bağlanıb, daha sonra metal barmaqlıqlar kəsilərək onun kondisioner platformasında dincəlməsi üçün şərait yaradılıb. Uzun müddət hündürlükdə qalan qadına su və gödəkçə verilib.
Məlum olub ki, 27-ci mərtəbədə tək yaşayan qadın ehtiyatsızlıqdan özünü otaqda kilidləyib. Telefonu digər otaqda qaldığı üçün kömək çağıra bilməyən Pekin sakini panikaya düşərək pəncərədən çıxıb və barmaqlıqlardan tutaraq aşağı enmək qərarına gəlib.
Təxminən 20 dəqiqəlik fasilədən sonra xilasedicilər platforma ilə 21-ci mərtəbədəki mənzilin pəncərəsi arasında keçid yaradaraq qadını xərək vasitəsilə içəri keçiriblər. Möcüzə nəticəsində hadisə xəsarətsiz başa çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrailin hücumunda ağır yaralanan İranın keçmiş XİN başçısı öldü
İsrailin Tehrana etdiyi hava hücumu nəticəsində ağır yaralanan İranın keçmiş xarici işlər naziri Kamal Xarazi ölüb.
DünyaABŞ-də altı uşağa illərlə işgəncə verən cütlük: Dəhşətli cinayətin təfərrüatı üzə çıxdı
ABŞ-də bir cütlük illərdir altı uşağa qarşı amansız zorakılıq etməkdə ittiham olunur.
DünyaBöyük Britaniyada vəftiz mərasimi zamanı faciə: Pastor qadın kişini suda boğub
Böyük Britaniyada vəftiz mərasimi zamanı bədbəxt hadisə baş verib.
Dünya"İmperatorun sonu": Ağ buzlaqların tək sahibləri niyə tarixə qovuşur?
Antarktidada yaşayan imperator pinqvinləri nəsli kəsilmək təhlükəsi altında olan növlərin siyahısına daxil edilib.