Son dəqiqə
İnfarkt və diabet riskini necə azaltmaq olar?Anders Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edibGecələr həddindən artıq tərləmənin səbəbi nədir?Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb"Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI - VİDEOABŞ-də federal səviyyədə edamlar bərpa olunacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb
Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb
Dünya

Çində məxfi sahələrdə çalışan doqquz alimin MÜƏMMALI ÖLÜMÜ diqqət mərkəzinə düşüb

Bu gün
03:14
0 baxış
Paylaş:

Çində son illər ərzində azı doqquz alim müəmmalı şəkildə həlak olub.

Çində son illər ərzində azı doqquz alim müəmmalı şəkildə həlak olub.

Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, onların çoxu məxfi sahələrdə çalışıblar: hərbi süni intellekt, kosmik müdafiə və hipersəs silahları. Rəsmi məlumatlarda alimlərin bədbəxt hadisələr, xəstəliklər və ya izahedilməz insidentlər nəticəsində öldükləri açıqlanıb. Lakin oxşar sahələr üzrə çalışan alimlərin artan ölüm halları daha çox suallar doğurmağa başlayıb.

Ən qəribə hadisələrdən biri professor Fen Yanhe ilə bağlıdır. 2023-cü ildə o, gecə saatlarında Pekində avtomobillə qəzaya düşüb. Hadisə adi yol-nəqliyyat hadisəsi olsa da, sonralar qəribəliklər başlayıb. Yanhenin ölümü haqqında rəsmi məlumatda "xidməti vəzifələrini yerinə yetirərkən həlak olub" yazılıb. Halbuki belə məlumatlar qəzada həlak olanlar haqqında deyil, hərbçilər və ya kəşfiyyatçılar haqqında deyilir.

Professor çox nüfuzlu dövlət xadimlərinin dəfn edildiyi xiyabanda basdırılıb. Buna görə də çoxları bunun sadəcə bədbəxt hadisə olduğuna şübhə edirlər.

Ölənlər arasında 2024-cü ilin dekabr ayında avtomobil qəzasında həlak olduğu bildirilən kosmik texnologiya mütəxəssisi Çjan Syaosin də var.

Qeyd edək ki, daha əvvəl ABŞ-də nüvə elmi və kosmik tədqiqatlar sahəsində çalışan alimlərin müəmmalı ölümləri və itkin düşmələri barədə məlumat yayılmışdı. ABŞ-də 2023-cü ildən etibarən azı səkkiz alim müəmmalı şəraitdə həlak olub və ya itkin düşüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Çin_alimləri#müəmmalı_ölüm#kosmik_müdafiə#hərbi_süni_intellekt#professor_Fen_Yanhe#ABŞ_alimləri#gizli_tədqiqatlar#hipersəs_silahları#elm_adamlarının_ölümü#şübhəli_qəzalar.

Oxşar Xəbərlər

Anders Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edibDünya

Anders Breyvik vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib

Norveçdə kütləvi qətlə görə 21 il həbs cəzasına məhkum edilmiş Anders Breyvik yenidən vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib.

Bu gün
04:160
Gecələr həddindən artıq tərləmənin səbəbi nədir?Dünya

Gecələr həddindən artıq tərləmənin səbəbi nədir?

"Orqanizmdəki daxili proseslər səbəbindən gecələr insanlara isti ola bilər".

Bu gün
03:480
ABŞ-də federal səviyyədə edamlar bərpa olunacaqDünya

ABŞ-də federal səviyyədə edamlar bərpa olunacaq

ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm cəzasının tətbiqinin bərpası üçün addımlar atıb.

Bu gün
02:460
Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblarDünya

Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar

Çin tədqiqatçıları "Çanye-5" kosmik zondu vasitəsilə Aydan Yer planetinə çatdırılan torpaq nümunələrində əvvəllər məlum olmayan iki mineral tapıblar.

Bu gün
02:180