
"Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI - VİDEO
Ucar rayonunun Rəstəcə kəndində çaqqalın sakinlərə hücumunun yeni təfərrüatı məlum olub.
Ucar rayonunun Rəstəcə kəndində çaqqalın sakinlərə hücumunun yeni təfərrüatı məlum olub.
Zərərçəkən Gülənbər Məmmədovanın sözlərinə görə, o, həyətdə işləyərkən qəfil hücuma məruz qalıb:
"Tərəvəz yığırdım, birdən nəsə məni yerə yıxdı. Yuxarı baxanda gördüm ki, çaqqaldır. Əllərimi onun ağzına salıb yuxarı və aşağı çənəsindən tutub saxladım. Qışqırdım, qonşular səsimi eşidib köməyə gəldilər. Çox qan itirdim. Allah mənə güc verdi, çaqqalla mübarizə aparıb xilas oldum. Qonşular gəlməsəydi, sağ qalmazdım".
"Birdən qışqırıq səsi gəldi. Yabanı götürüb çaqqalı uzaqlaşdırmaq istədim. Bu zaman üstümə cumdu, barmağımın bir hissəsini qopardı", - digər zərərçəkən Musa Həsənov deyib.
Məsələ ilə bağlı Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olub. Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
24 aprel, 18:44
Ucar rayonunda çaqqalın insanlara hücumunun təfərrüatı məlum olub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə yırtıcı heyvanın hücumuna məruz qalan Ucarın Rəstəcə kənd sakini Fatma Həsənova danışıb.
F.Həsənova həyətyanı sahədə işləyərkən qonşusu Güləndam Məmmədovaya çaqqalın hücum etdiyini görərək onun köməyinə qaçdığını, yaşlı qadını birtəhər xilas etdiyini deyib. G.Məmmədova isə qonşusu köməyə gəlməsəydi, çaqqalın onu parçalayacağını bildirib.
Daha sonra evinə qayıdan F.Həsənova bu dəfə öz həyətində çaqqalın hücumuna məruz qalıb. Həyat yoldaşı Musa Həsənov onun səsini eşidərək həyətə çıxıb. Bu zaman çaqqal onun bir barmağını qoparsa da, ər-arvad çətinliklə yırtıcını öldürə biliblər.
Ağır xəsarət alan M.Həsənov və F.Həsənova dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
24 aprel, 14:31
"Aprelin 17-də saat 19 radələrində çaqqal hücumu səbəbi ilə xəsarət alan üç nəfər (biri kişi, ikisi qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub".
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, onlara vəhşi heyvan dişləməsi diaqnozu təyin olunub:
"Pasiyentlərə zəruri tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar".
Məhərrəm Əliyev
24 aprel, 13:04
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.
Gundem.today APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 1959-cu il təvəllüdlü Musa Həsənov, həyat yoldaşı, 1961-ci il təvəllüdlü Fatma Həsənova da xəsarətlər alıblar. M.Həsənovun barmağı amputasiya olunub.
Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə çaqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBiləcəridə QƏZA: Yük maşını qaz borusuna çırpıldı - VİDEO
Bakının Biləcəri qəsəbəsində, "DSK yolu" kimi tanınan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
HadisəDərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT - VİDEO
Gəncə şəhərində dərman vasitəsindən zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, digərinin isə vəziyyəti stabildir.
Hadisə21 yaşlı gəncin faciəli sonu: "Çox çalışırdı ki, çörək qazansın" - VİDEO
Biləsuvar rayonunda bədbəxt hadisə qeydə alınıb. Hadisə rayonun Melioratorlar qəsəbəsində baş verib. Məlumata görə, 21 yaşlı İslam Hüseynovun cansız bədəni yaşadığı evin həyətində aşkarlanıb.
HadisəQonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI
Ucar rayonunda çaqqalın insanlara hücumunun təfərrüatı məlum olub.