
DÇ-2026 intriqası: İran ABŞ-də, yoxsa Meksikada meydana çıxacaq?
İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi FIFA prezidenti Canni İnfantinonun ölkə yığmasının 2026-cı il dünya çempionatındakı iştirakı ilə bağlı açıqlamasına reaksiya verib.
İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi FIFA prezidenti Canni İnfantinonun ölkə yığmasının 2026-cı il dünya çempionatındakı iştirakı ilə bağlı açıqlamasına reaksiya verib.
Gundem.today xəbər verir ki, "Footmercato" nəşrinə danışan M.Nəbi planetin ali futbol qurumunun qərarlarına hər zaman ehtiramla yanaşdıqlarını xüsusi vurğulayıb:
"Bizim üçün ən həlledici məqam FIFA-nın mövcud qaydaları və reqlamentləridir. Qurumun verəcəyi istənilən qərara hörmət edəcəyik. Turnirə ev sahibliyi edən hər bir ölkə FIFA qarşısında konkret öhdəlik götürüb və buna mütləq əməl etməlidir. Canni İnfantino yoldaşlıq görüşləri keçirdiyimizi öyrəndikdən sonra şəxsən bizimlə görüşdü və aramızda olduqca məhsuldar bir dialoq baş tutdu".
Xatırladaq ki, bir müddət əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın DÇ-2026 çərçivəsindəki matçlarının ABŞ-dən Meksikaya keçirilməsi ehtimalı üzrə danışıqların aparıldığını ictimaiyyətə açıqlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
İdmanBrunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
İdman"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib.