Son dəqiqə
Yaz allergiyası astmaya çevrilə bilərmi? - Səhiyyə Nazirliyinin pulmonoloqu AÇIQLADI - FOTOSabirabadda AĞIR QƏZA: 5 nəfər xəsarət alıbSuqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ - MÜRACİƏT QƏBULU BAŞLADIAvropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTOİran rialı dollar qarşısında rekord səviyyədə ucuzlaşdıQəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. DÇ-2026-ya hazırlıq: FIFA niyə Kanadadakı hotelləri boşaldır?
DÇ-2026-ya hazırlıq: FIFA niyə Kanadadakı hotelləri boşaldır?
İdman

DÇ-2026-ya hazırlıq: FIFA niyə Kanadadakı hotelləri boşaldır?

26 mart 2026
14:42
1 baxış
Paylaş:

FIFA 2026-cı il dünya çempionatı üçün Vankuver və Toronto şəhərlərində turnir üçün əvvəlcədən ayrılmış hotel otaqlarının təqribən 70-80 faizinin rezervasiyasını ləğv edib.

FIFA 2026-cı il dünya çempionatı üçün Vankuver və Toronto şəhərlərində turnir üçün əvvəlcədən ayrılmış hotel otaqlarının təqribən 70-80 faizinin rezervasiyasını ləğv edib.

Gundem.today "The Globe and Mail" qəzetinə istinadən xəbər verir ki, Vankuver Hotel Assosiasiyasının rəhbəri Pol Houz bildirib ki, irimiqyaslı yarışlar ərəfəsində təşkilatçıların kvotaları tənzimləməsi və bənzər ləğvlər "standart təcrübə" hesab olunur.

Buna baxmayaraq, o, indiki halda ləğvlərin həcminin gözləniləndən qat-qat yüksək olduğunu vurğulayıb. Öz növbəsində, Toronto Hotel Assosiasiyasının prezidenti Sara Engel bütün hotel sahiblərinin FIFA-nın bu qərarından narazı qaldığını diqqətə çatdırıb. Bütün bunlara rəğmən, həm Houz, həm də Engel boşalan otaqların boş qalmayacağına inanırlar. Onların sözlərinə görə, iyun və iyul ayları Vankuver və Torontoda ənənəvi olaraq "yüksək turizm mövsümü" olduğundan, həmin yerlər dərhal digər turistlər tərəfindən tutulacaq.

Xatırladaq ki, bir müddət əvvəl "The Independent" qəzeti də FIFA-nın oxşar addımı barədə yazıb. Nəşrin məlumatına görə, 2026-cı il dünya çempionatı çərçivəsində Filadelfiyada 2 000, Mexiko şəhərində isə 800 hotel otağının rezervasiyası ləğv edilib.

Qeyd edək ki, futbol üzrə növbəti Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Avropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTOİdman

Avropa nəhənglərinin maraq göstərdiyi müdafiəçi "Qarabağ"ın "radar"ında - FOTO

"Qarabağ" klubu 26 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi Juan Qulartın transferi ilə maraqlanır.

Bu gün
17:460
"Atletiko Madrid"in "Arsenal"la oyunu hansı kanalda yayımlanacaq?İdman

"Atletiko Madrid"in "Arsenal"la oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilir.

Bu gün
17:220
"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcəkİdman

"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək

AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.

Bu gün
16:460
AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİİdman

AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ

AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.

Bu gün
16:180