
Dəhşətli cinayət: ABŞ-də keçmiş hərbiçi özünün yeddi övladını qətlə yetirdi-FOTO
Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında qeydə alınan qanlı hadisəni silahlı qüvvələrin keçmiş hərbi qulluqçusu Şamar Elkins həyata keçirib.
Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında qeydə alınan qanlı hadisəni silahlı qüvvələrin keçmiş hərbi qulluqçusu Şamar Elkins həyata keçirib.
Gundem.today-ın məlumatına əsasən, bu təfərrüatı yerli rəsmi qurumlara istinadla "New York Post" nəşri yayımlayıb.
Məlumata əsasən, həyatını itirən səkkiz azyaşlıdan yeddisi cinayətkarın doğma uşaqları olub.
Elkins aprelin 19-da səhər tezdən Şrivport şəhərində üç yerdə atışma törətdikdən sonra qaçıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ümumilikdə on atəş açılıb. Təqib zamanı cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Atışmanın motivi hələlik müəyyən edilməyib, polislər məlumat toplamağa davam edirlər.
Hadisədən qısa müddət öncə cinayətkar sosial şəbəkələrdə uşaqları ilə birgə çəkilmiş xeyli fotoşəkil, həmçinin Pasxa bayramı zamanı kilsədə olduqları anları əks etdirən kadrlar yayımlayıb. O, postlarının birində psixoloji problemlərini aşmaq üçün yaradandan yardım istəmişdi.
Beynəlxalq mətbuatın verdiyi xəbərə görə, 2019-cu ilin martında, hərbi xidmətini bitirdikdən 3 il sonra Ş.Elkins təhsil müəssisəsinin ərazisində qanunsuz silah saxlama və ondan istifadə etmə ittihamı ilə saxlanılaraq 18 aylıq şərti cəza almışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKrit adası sahillərində zəlzələ baş verib
Yunanıstana məxsus olan Krit adasının sahil sularında 5.5 maqnitudasında zəlzələ qeydə alınıb.
DünyaCəbəllüttariq körfəzində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkarlandı
İspaniyalı alimlər Cəbəllüttariq körfəzinin dibində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkar ediblər.
DünyaBöyük Britaniyada hər 80 saniyədə bir nəfərə xərçəng diaqnozu qoyulur
Böyük Britaniyada hər il 403 mindən çox insana xərçəng diaqnozu qoyulur.
DünyaABŞ-nin miqrasiya siyasəti "Şrek" cizgi filmi ilə sintez edildi - MARAQLI VİDEO
Ağ Ev "Şrek" cizgi filmindən bir parçadan və "Smash Mouth" qrupunun "All Star" mahnısından istifadə edərək ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) işinə dair videoçarx hazırlayıb.