Son dəqiqə
Tovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTOİtaliyada gənc futbolçu pizzaya görə öldürüldü - FOTOTramp Senatdakı demokratların "ağlayan" liderini istefaya çağırdıAvropa çempionatı: Sərbəst və qadın güləşçilərimiz xalça üzərinə çıxırlarÖtən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Cəbəllüttariq körfəzində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkarlandı
Cəbəllüttariq körfəzində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkarlandı
Dünya

Cəbəllüttariq körfəzində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkarlandı

Bu gün
08:16
0 baxış
Paylaş:

İspaniyalı alimlər Cəbəllüttariq körfəzinin dibində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkar ediblər.

İspaniyalı alimlər Cəbəllüttariq körfəzinin dibində müxtəlif dövrlərə aid 124 batmış gəmi aşkar ediblər.

Gundem.today CNN-ə istinadən xəbər verir ki, bu kəşf 2020-2023-cü illəri əhatə edən genişmiqyaslı araşdırmalar nəticəsində mümkün olub. Ümumilikdə mütəxəssislər 151 sualtı obyekt qeydə alıblar ki, onların da əksəriyyəti məhz batmış gəmilərdir.

Aparıcı tədqiqatçı Felipe Sereso Andreonun sözlərinə görə, tapıntılar Pun və Roma sivilizasiyalarından tutmuş orta əsrlərə və müasir dövrə qədər geniş bir zaman kəsiyini əhatə edir. Ən qədim gəmi eramızdan əvvəl V əsrə aiddir. İlkin ehtimallara görə, həmin gəmi o dövrdə Kadisdən balıq sousu daşıyırmış.

Kəşflər arasında xüsusi maraq doğuranlar isə Napoleon müharibələri dövrünə aid gəmi qalıqlarıdır. Bundan əlavə, arxeoloqlar İkinci Dünya müharibəsi illərində Britaniya donanmasına hücum etmiş İtaliyaya məxsus "Mayale" ultra kiçik sualtı qayığının qalıqlarını da tapıblar.

Tədqiqatçılar körfəz dibinin dəqiq 3D xəritəsini yaratmaq üçün exolot və maqnitometrlərdən istifadə ediblər. Felipe Andreo qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində dəyişən su axınları körfəzin dibindəki yeni obyektləri üzə çıxarır. O, əlavə edib ki, hazırda körfəzin yalnız 400 metrə qədər olan kiçik bir hissəsi tədqiq olunub, bu da gələcəkdə daha çox tarixi tapıntının aşkarlanacağına işarə edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Cəbəllütariq_körfəzi#batmış_gəmilər#sualtı_arxeologiya#İspaniya_alimləri#tarixi_tapıntılar#Roma_sivilizasiyası#Mayale_sualtı_qayığı#sualtı_tədqiqat#arxeoloji_kəşflər#3D_xəritə#iqlim_dəyişikliyi

Oxşar Xəbərlər

Tramp Senatdakı demokratların "ağlayan" liderini istefaya çağırdıDünya

Tramp Senatdakı demokratların "ağlayan" liderini istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Konqresin Senatındakı (yuxarı palata - red.) demokrat azlığın rəhbəri Çak Şumeri tutduğu vəzifədən istefa verməyə çağırıb.

Bu gün
10:120
ABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARIDünya

ABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARI

ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri postundan kənarlaşdırılan Con Felan daha öncə Ağ Ev rəhbəri Donald Trampı onu bu vəzifədə saxlamağa inandırmağa cəhd göstərib.

Bu gün
09:250
Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olunduDünya

Maduronun devrilməsinə mərc edən amerikalı hərbçi həbs olundu

ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən xüsusi təyinatlı hərbçi Qannon Ken Van Daykın həbs olunduğunu açıqlayıb. O, insayder məlumatlarından istifadə etməkdə ittiham olunur: istintaqın məlumatına görə, hərbçi "Polymarket" platformasında Venesuela liderinin vəzifədən kənarlaşdırılması ilə bağlı mərclərdən 400 min dollardan çox gəlir əldə edib.

Bu gün
09:160
ABŞ-də tornado: 10 nəfər xəsarət alıbDünya

ABŞ-də tornado: 10 nəfər xəsarət alıb

ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado nəticəsində ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu gün
08:500