
Dələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaq
Dələduzluqda ittiham olunan lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Dələduzluqda ittiham olunan lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlham Abbasovun vəkillərinin növbəti dəfə iştirak etməməsi prosesin yenə də təxirə salınması ilə nəticələnib. Buna görə də prosesə sədrlik edən hakim Elnur Nuriyev hər iki vəkillə bağlı Vəkillər Kollegiyasına müraciət olunacağını deyib.
Növbəti proses aprelin 24-dək təxirə salınıb.
Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.
İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.
İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə məhkum edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Zal Yusifov cəza müddətinin sona çatması ilə bağlı azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.
Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMilyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun bir milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.
KriminalQohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTO
Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəməsinin keçirilmə tarixi müəyyənləşib.
Kriminal"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandı
Ali Məhkəmədə "Abzas Media" nəşrinin əməkdaşları Sevinc Vaqifqızı, Hafiz Babalı və digər jurnalistlərin kassasiya şikayətlərinə baxılıb. Şikayətlər rədd edilib və əvvəlki məhkəmə hökmləri qüvvədə saxlanılıb. İş üzrə təfərrüatlar xəbərdə.
KriminalBakıda evdən 11 min manatlıq qızıl oğurlayan dayəyə HÖKM OXUNDU
Bakıda dayə xidmət göstərdiyi evdən oğurluq edib.