Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Qohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTO
Qohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTO
Kriminal

Qohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTO

Bu gün
17:22
0 baxış
Paylaş:

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəməsinin keçirilmə tarixi müəyyənləşib.

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəməsinin keçirilmə tarixi müəyyənləşib.

Bu barədə zərərçəkmiş tərəfin vəkili Ülvi Nağıyevin Gundem.today-a verdiyi məlumata görə, məhkəmənin ilk hazırlıq iclası aprelin 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Cavid İmanovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, "AzE Estetik Mərkəzi" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərində liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.

Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ülviyyə İlyasova barəsində Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf - zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət versələr də, Bakı Apellyasiya Məhkəməsi bunu qismən təmin etmiş və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.

Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova üç il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə üç il iki ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və yenidən baxılması ucun həmin instansiyaya göndərilib.

Zərərçəkən tərəf Ülviyyə İlyasovanın cəzasının daha da ağırlaşdırılmasını tələb edir.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Ülviyyə_İlyasova#AzE_Estetik_Mərkəzi#Səbirə_Vəliyeva#liposaksiya_əməliyyatı#həkim_səhlənkarlığı#Bakı_Apellyasiya_Məhkəməsi#estetik_cərrahiyyə#məhkəmə_işi#həkim_səhvi#Ali_Məhkəmə.

Oxşar Xəbərlər

Milyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?Kriminal

Milyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun bir milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.

Bu gün
17:570
Dələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaqKriminal

Dələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaq

Dələduzluqda ittiham olunan lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bu gün
17:440
"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandıKriminal

"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandı

Ali Məhkəmədə "Abzas Media" nəşrinin əməkdaşları Sevinc Vaqifqızı, Hafiz Babalı və digər jurnalistlərin kassasiya şikayətlərinə baxılıb. Şikayətlər rədd edilib və əvvəlki məhkəmə hökmləri qüvvədə saxlanılıb. İş üzrə təfərrüatlar xəbərdə.

Bu gün
16:280
Bakıda evdən 11 min manatlıq qızıl oğurlayan dayəyə HÖKM OXUNDUKriminal

Bakıda evdən 11 min manatlıq qızıl oğurlayan dayəyə HÖKM OXUNDU

Bakıda dayə xidmət göstərdiyi evdən oğurluq edib.

Bu gün
15:320