Son dəqiqə
Yaz yorğunluğu ilə qalxanvari vəzi xəstəliklərini necə ayırd etmək olar?UEFA Konfrans Liqası: 1/4 finalın son oyunları keçirilir"Renault" Çinlə rəqabətə görə mühəndis heyətini ixtisar edəcək"Satoşi dövrünün" "kriptokiti" 150 milyon dollarlıq "Bitcoin" köçürübABŞ-də sürücülər müşahidə kameralarına görə şəhər hakimiyyətini məhkəməyə veriblərAlimlərdən maraqlı kəşf: Kaşalotların ünsiyyət sistemi insan dilinə bənzəyir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Dəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO
Dəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO
Cəmiyyət

Dəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO

31 mart 2026
22:48
1 baxış
Paylaş:

Şamaxı və İsmayıllı rayonlarını əlaqələndirən Dəmirçi-Lahıc avtomobil yolunun 11-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Hadisə ilə əlaqədar sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Şamaxı və İsmayıllı rayonlarını əlaqələndirən Dəmirçi-Lahıc avtomobil yolunun 11-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Hadisə ilə əlaqədar sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Gundem.today Baku TV-yə istinadən xəbər verir ki, yerli sakinlər ərazinin dağlıq və uçquna meyilli zona olduğunu bildirirlər.

Sakinlərdən birinin sözlərinə görə, əvvəllər baş verən uçqunlar operativ şəkildə bərpa olunsa da, hazırkı vəziyyət olduqca çətindir. Hazırda nə Şamaxı, nə də Lahıc istiqamətindən hərəkət etmək mümkündür, yola üz tutan sürücülər uçqun səbəbindən geri qayıtmalı olurlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, 27, 28 və 29 mart tarixlərində yağan intensiv leysan yağışları nəticəsində Dəmirçi-Lahıc avtomobil yoluna ciddi ziyan dəyib və ərazidəki sürüşmə prosesi aktivləşib. Yolun 11-ci kilometrliyində uzunluğu 40 metr, eni isə 30 metr olan sürüşmə sahəsi yaranıb. Sürüşmənin dərə istiqamətinə doğru uzunluğu təxminən 80-100 metr təşkil edir. Sürüşmə nəticəsində yolun hərəkət hissəsi çiyinlərlə birlikdə təxminən 2-5 metr dərinliyində çöküb.

Agentlikdən bildirilib ki, hazırda yolda nəqliyyatın hərəkəti mümkünsüz olduğu üçün yol bağlanıb. Yaxın günlərdə sürüşmə prosesi dayandıqdan sonra əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunaraq bərpa işlərinə başlanılacaq. Sürücülərdən xahiş olunur ki, işlər yekunlaşana qədər müvəqqəti olaraq həmin istiqamətdə səfərə çıxmasınlar.

Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun ümumi uzunluğu 16 kilometrdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEOCəmiyyət

Şəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEO

Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.

Bu gün
05:000
Avtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? - Mütəxəssis rəyiCəmiyyət

Avtomobilin mühərrikində yaranan səslər nəyin xəbərçisidir? - Mütəxəssis rəyi

Rusiyalı ekspert Vladimir Baxarev mühərrikdə yaxınlaşan nasazlığın əsas əlamətlərini açıqlayıb.

Bu gün
04:180
Sürücüləri cana yığan iri çuxurlar: Nəqliyyat sıxlığına səbəb olan problem - VİDEOCəmiyyət

Sürücüləri cana yığan iri çuxurlar: Nəqliyyat sıxlığına səbəb olan problem - VİDEO

Yolda yaranmış çuxur qəza şəraiti yaradır. Avtobuslar məcbur qalaraq öz hərəkət zolaqlarından kənara çıxırlar.

Bu gün
03:000
Gömrükdə tətbiq ediləcək ikipilləli buraxılış mexanizminin üstünlüyü nədir? - VİDEOCəmiyyət

Gömrükdə tətbiq ediləcək ikipilləli buraxılış mexanizminin üstünlüyü nədir? - VİDEO

Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizminin tətbiqinə başlanılıb.

Bu gün
02:000