Son dəqiqə
"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTOFransada məşhur müğənni saxlanılıb: 13 qadın onu seksual zorakılıqda ittiham edirİran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldıSosial şəbəkələrə yaş məhdudiyyəti təklifi: Uşaqları nə gözləyir?BƏƏ hava məkanında məhdudiyyətlərin müddətini uzatdıXameneinin harada dəfn olunacağı açıqlandı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Deputat: "Azərbaycanın yaratdığı reallıqlar Ermənistan cəmiyyətini sülhə sövq edib"
Deputat: "Azərbaycanın yaratdığı reallıqlar Ermənistan cəmiyyətini sülhə sövq edib"
Siyasət

Deputat: "Azərbaycanın yaratdığı reallıqlar Ermənistan cəmiyyətini sülhə sövq edib"

17:30
0 baxış
Paylaş:

"Ermənistanda keçirilən seçkinin nəticəsi bir daha göstərdi ki, ölkədə sülhə və sabitliyə maraq artır. Bu nəticənin formalaşmasına təsir edən əsas amillərdən biri regionda yaranan yeni reallıqlardır".

"Ermənistanda keçirilən seçkinin nəticəsi bir daha göstərdi ki, ölkədə sülhə və sabitliyə maraq artır. Bu nəticənin formalaşmasına təsir edən əsas amillərdən biri regionda yaranan yeni reallıqlardır".

Bu sözləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, hərbi, siyasi və diplomatik uğurları bölgədə fərqli vəziyyət formalaşdırıb:

"Bu dəyişikliklər Ermənistan siyasi dairələrini və cəmiyyətini daha realist yanaşmağa sövq edib. Nəticədə sülh, sərhədlərin tanınması və qonşularla normal münasibətlərin qurulması ön plana çıxdı. 44 günlük müharibədən sonra qalib tərəf olmasına baxmayaraq, Azərbaycan dərhal sülh danışıqlarına başlamağı təklif etdi. Bunun üçün tərəflər arasında münasibətlərin normallaşmasına xidmət edən baza prinsipləri irəli sürüldü. Ermənistan hökumətinin sülh gündəliyinin irəliləməsində də Azərbaycanın mövqeyi və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət mühüm rol oynadı. Son illərdə aparılan danışıqlar və görüşlər tərəflər arasında etimadın artmasına müəyyən töhfə verdi. Xüsusilə Vaşinqtonda keçirilən görüşlərdən sonra iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş bir sıra məsələlər daha çox müzakirə olunmağa başladı. Bura sərhəddə təhlükəsizliyin və sabitliyin təmin olunması, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, regional ticarət imkanlarının genişləndirilməsi və tranzit daşımaların inkişafı daxildir".

"Bundan başqa, iqtisadi əməkdaşlıq imkanları, enerji təhlükəsizliyi sahəsində perspektivlər, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri və qarşılıqlı səfərlərin təşviqi də sülh prosesinin vacib elementləri kimi qiymətləndirilir. Eyni zamanda, qarşılıqlı ittihamların və aqressiv ritorikanın azalması regionda etimad mühitinin formalaşmasına kömək edə bilər. Bu isə uzunmüddətli sülh və əməkdaşlıq üçün mühüm şərtlərdən biridir.

Ümumilikdə, seçkilərin nəticəsi Ermənistan cəmiyyətinin bölgədə yaranmış yeni reallıqları nəzərə aldığını və Azərbaycanla sülhün alternativsiz olduğunu daha yaxşı dərk etməyə başladığını göstərən amillərdən biri kimi qiymətləndirilə bilər", - deyə deputat vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Ermənistan#Parlament_seçkisi#Deputat

Oxşar Xəbərlər

İsrail XİN başçısı: "Bakı ilə İrəvan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək"Siyasət

İsrail XİN başçısı: "Bakı ilə İrəvan arasında sülh regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək"

"Biz Ermənistanın baş naziri Nikol Paşinyanı və Vətəndaş Sazişi Partiyasını ölkədə keçirilən parlament seçkisində qazandıqları qələbə münasibətilə təbrik edirik".

19:540
Ankara Bakı və İrəvan arasında yekun sülh müqaviləsinin imzalanacağına ümid edirSiyasət

Ankara Bakı və İrəvan arasında yekun sülh müqaviləsinin imzalanacağına ümid edir

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda ötən gün keçirilən parlament seçkisi ilə bağlı bəyanat yayıb.

19:200
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşüblər - FOTOSiyasət

Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşüblər - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

19:080
"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEOSiyasət

"Haber Global"ın sualına Ceyhun Bayramovdan diqqətçəkən cavab - VİDEO

"Azərbaycan dövləti olaraq biz müharibənin dayandırılması, onun diplomatik və siyasi həllinin tapılması, ən azı ilkin mərhələdə atəşkəsə nail olunması, daha sonra isə qalıcı və uzunmüddətli sülhün əldə edilməsi istiqamətində addımların vacibliyini vurğulayırıq".

19:120