Son dəqiqə
Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Anarsız 15 il" adlı tədbir keçirilib - VİDEOHesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladıBakı metrosunda DƏHŞƏTLİ ANLAR: "28 May" stansiyasında sərnişin qatar yoluna düşdü"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olubHazırlığa getmədən 300 bal yığan şagird danışdı - VİDEOAzərbaycan güləşçisi Rəşad Məmmədov Avropa çempionatında bürünc medal qazanıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. DİM bu gün yeddi imtahan keçirdi, doqquz nəfərdə telefon aşkarlandı
DİM bu gün yeddi imtahan keçirdi, doqquz nəfərdə telefon aşkarlandı
Cəmiyyət

DİM bu gün yeddi imtahan keçirdi, doqquz nəfərdə telefon aşkarlandı

19 aprel 2026
14:48
0 baxış
Paylaş:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti imtahanlar keçirilib.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti imtahanlar keçirilib.

Gundem.today DİM-ə istinadla bu gün keçirilən imtahanların siyahısını təqdim edir:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi və Naxçıvan MR-də təşkil olunub.

İmtahanda 37 338 nəfərin iştirakı nəzərdə tutulurdu.

90 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Bu gün saat 15:30-da DİM-in "YouTube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Aprelin 20-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.

Gundem.today xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bu gün keçiriləcək imtahanların siyahısını təqdim edirik:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan Muxtar Respublikasında keçiriləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

#Cəmiyyət#Dövlət_İmtahan_Mərkəzi_(DİM)#Buraxılış_imtahanları

Oxşar Xəbərlər

Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: "28 May" stansiyasında sərnişin qatar yoluna düşdüCəmiyyət

Bakı metrosunda DƏHŞƏTLİ ANLAR: "28 May" stansiyasında sərnişin qatar yoluna düşdü

Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu gün
20:460
Hazırlığa getmədən 300 bal yığan şagird danışdı - VİDEOCəmiyyət

Hazırlığa getmədən 300 bal yığan şagird danışdı - VİDEO

Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarında respublika üzrə cəmi iki nəfər maksimal nəticə göstərib. Onlardan biri "Zəngi" liseyinin rus bölməsinin şagirdi Muhammedali Qurbanovdur.

Bu gün
20:360
"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDICəmiyyət

"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDI

Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyunun 13-də keçiriləcək.

Bu gün
19:480
BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEOCəmiyyət

BDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən "Danışır təcrübə" layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "APA Media Group"un baş direktoru, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.

Bu gün
19:400