
Hazırlığa getmədən 300 bal yığan şagird danışdı - VİDEO
Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarında respublika üzrə cəmi iki nəfər maksimal nəticə göstərib. Onlardan biri "Zəngi" liseyinin rus bölməsinin şagirdi Muhammedali Qurbanovdur.
Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarında respublika üzrə cəmi iki nəfər maksimal nəticə göstərib. Onlardan biri "Zəngi" liseyinin rus bölməsinin şagirdi Muhammedali Qurbanovdur.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
300 bal topladığına hələ də tam inanmadığını deyən Muhammedali bir anda ölkə gündəminə gəlməsindən məmnundur. O, uğurunun sirrini belə izah edir: "Gündə əsasən 6-7 saat dərslə məşğul olurdum. Amma mütləq istirahətə də vaxt ayırırdım. Çünki 24 saat oxumaqla beyin yorulur, balans qurmaq çox vacibdir".
Repetitor xidmətlərindən istifadə etməyən Muhammedali hesab edir ki, əsas sirr aşağı siniflərdən qurulan möhkəm bazadadır: "Ən vacibi kiçik siniflərdən dərsləri oxumaqdır. Baza güclü olanda 10-cu və 11-ci siniflərin proqramını mənimsəmək çox asan olur".
Gələcəkdə cərrah olmağı hədəfləyən gənc qarşıdakı qəbul imtahanında 400 bal toplayaraq ümumi nəticəsini 700-ə çatdırmaq niyyətindədir. Onun digər məzunlara tövsiyəsi isə belədir: "Öz üzərinizdə işləyin və istirahət etməyi unutmayın".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEO
ABŞ-İsrail-İran münaqişəsi turizm sektoruna da təsirsiz ötüşməyib. Ekspertlər bildirirlər ki, belə müharibələr insanların səyahət seçimlərinə birbaşa təsir edir.
CəmiyyətNaxçıvan Ali Məhkəməsində şöbə müdirlərinə artıq ödəniş edilibmiş
Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.
CəmiyyətBakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi
Bakı metropoliteninin "28 May" stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib.
CəmiyyətNazirdən Azərbaycanda maaş artımı ilə bağlı AÇIQLAMA
"İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib".