
Diplomatik dialoq nəticə verdi: AZAL təyyarəsinin qəzası ilə bağlı ədalətə doğru addım - VİDEO
Bəzən bir hadisə yalnız bir günün xəbəri olmur, uzun müddət gündəmdə qalan, cavabları mərhələ-mərhələ açılan prosesə çevrilir. 2024-cü il dekabrın 25-də yaşanan təyyarə qəzası da məhz belə hadisələrdən biri oldu.
Bəzən bir hadisə yalnız bir günün xəbəri olmur, uzun müddət gündəmdə qalan, cavabları mərhələ-mərhələ açılan prosesə çevrilir. 2024-cü il dekabrın 25-də yaşanan təyyarə qəzası da məhz belə hadisələrdən biri oldu.
Aktau yaxınlığında baş verən faciə yalnız bir aviasiya insidenti kimi deyil, geniş araşdırma və ciddi yanaşma tələb edən məsələ kimi gündəmə gəldi. "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı ilk andan etibarən proses nəzarətə götürüldü və bu məsələ diqqətdən kənarda qalmadı.
Hadisədən sonra başlayan proses təkcə texniki araşdırma ilə məhdudlaşmadı. Bu, eyni zamanda, diplomatik müstəvidə davam edən, həssas və mürəkkəb bir dialoqa çevrildi. 2025-ci ilin oktyabrında Düşənbədə keçirilən görüş isə bu prosesin dönüş nöqtəsi oldu.
Millət vəkili Elçin Mirzəbəyli Baku TV-yə bildirib ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarə Rusiya hava məkanında vurulandan dərhal sonra Azərbaycan öz prinsipial mövqeyini ortaya qoydu və bu mövqe dəyişməz olaraq qaldı:
"Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşdə məsuliyyətin müəyyənləşməsi, kompensasiyanın ödənilməsi kimi məsələlərlə bağlı açıqlamalar verilmişdi. Bu gün əldə olunan nəticə - kompensasiyanın ödənilməsi həm də hüquqi məsuliyyətin müəyyənləşməsi baxımından böyük əhəmiyyətə malikdir. Burada birinci məqam Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və ədalət prinsiplərinin bərqərar olunmasıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAlyona Əliyeva Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib - FOTO
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında Beynəlxalq Rəqs Gününə həsr olunmuş Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib.
Siyasətİlham Əliyevin Latviya prezidenti ilə təkbətək görüşü olub - FOTO
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.
SiyasətLatviya prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO
Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
SiyasətEdqars Rinkeviçs Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Şəhidlər xiyabanını ziyarət edib.