
Diplomatik xidmətə qəbulla bağlı YENİLİK tətbiq edildi
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.
Gundem.today xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb.
Qeyd olunub ki, bununla əlaqədar, DİM ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb. Bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur.
Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq, yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.
Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti" mövcuddur. Müsabiqədə iştirak üçün qeydiyyat 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.
Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBazar gününün havası açıqlandı - 26.04.2026
Azərbaycanda aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətBəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Aprelin 25-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.
CəmiyyətTərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Əli Məhəmməd oğlu Nəbiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
CəmiyyətSosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? - VİDEO
Mənzil təminatı ilə bağlı qəbul olunan yeni sosial müdafiə yanaşmaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyadan olan vətəndaşlar dövlət tərəfindən mənzillə təmin olunurlar. Lakin bu hüququn yalnız bir dəfə həyata keçirilməsi və sonradan yarana biləcək əlavə ehtiyacların necə qarşılanacağı sual doğurur.