
Diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün Laçında Həkəri çayının sahilində olublar.
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün Laçında Həkəri çayının sahilində olublar.
Gundem.today "Report"a istinadən xəbər verir ki, burada diplomatlar yerli təbiətin gözəlliyini qiymətləndirə biliblər.
62 ölkədən olan diplomatlar daha sonra "Laçın Aqro-Sənaye Parkı"nda olublar. Onlara sənaye parkında istehsal edilən məhsullarla tanış olmaq imkanı yaradılıb.
Daha çox şəkil burada: PhotoStock.Az
Diplomatik korpusun nümayəndələri artıq Laçın rayonundadırlar.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "X" hesabında məlumat verib.
We are in Lachin with Diplomatic Corps!!! pic.twitter.com/iTDsRxQDYd
Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına təşkil edilən səfərin ikinci günündə Laçın rayonuna yola düşüblər.
Gundem.today "Report"a istinadən xəbər verir ki, səfər çərçivəsində Laçın şəhərində yerləşən "Zerti Aqro Sənaye Parkı"nda fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvan saxlama müəssisələri, eləcə də istixana və fidanlıq komplekslərinin fəaliyyəti ilə tanışlıq planlaşdırılır.
Diplomatların "Laçın" İstirahət Kompleksini ziyarəti də nəzərdə tutulur.
Qeyd edək ki, baş tutan bu səfər işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin sayca 21-ci səfəridir.
Bu cür səfərlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və əldə olunan nəticələr barədə obyektiv təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər.
Gundem.today "Report"a istinadən xəbər verir ki, diplomatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş bölgəyə qayıdan əhali üçün tibbi xidmətinin yaxşılaşdırılmasına yönəlmiş səylərinə heyran qalıblar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Qazançı kilsəsinə baş çəkiblər.
Gundem.today "Report"a istinadən xəbər verir ki, diplomatlar tarixi abidə, eləcə də Azərbaycanın çoxkonfessiyalı irsin qorunması üzrə səyləri ilə tanış olublar.
Inside the Ghazanchi Church in Shusha. The church has been restored in accordance with its original architectural style. All lawful structures, as well as historical, cultural, and religious monuments within the territory of the Republic of Azerbaijan, are protected, reserved and… pic.twitter.com/jcswMdiq9t
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ səfəri davam edir.
Gundem.today "Report"a istinadla xəbər verir ki, nümayəndə heyəti öncə Şuşada inşa edilən məsciddə olublar.
Diplomatlar daha sonra Xalça muzeyinə baş çəkiblər.
Daha çox şəkil burada: PhotoStock.Az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTəbii fəlakət qarşısında dövlət qalxanı
Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondunda
CəmiyyətSabah 18 dərəcə isti olacaq - 03.05.2026
Mayın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətAZAL Dubaya uçuşları bərpa edir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Dubay şəhərinə uçuşları bərpa edir.
CəmiyyətXarici diplomatlar Laçında Həkəri çayının gözəlliyini qiymətləndiriblər - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar bu gün Laçında Həkəri çayının sahilində olublar.