
Donald Tramp əmr imzaladı: İdxal olunan dərmanlara 100 faizlik rüsum tətbiq ediləcək
Ağ Ev lideri Donald Tramp ABŞ-yə idxal olunan bir sıra əczaçılıq məhsullarına 100% həcmində gömrük rüsumlarının tətbiq edilməsi barədə göstəriş verib. Bu qərar istehsalçı şirkətlər qiymətləri aşağı salmaqdan və ya öz istehsalatlarını ABŞ ərazisinə köçürməkdən imtina etdikləri təqdirdə qüvvəyə minəcək.
Ağ Ev lideri Donald Tramp ABŞ-yə idxal olunan bir sıra əczaçılıq məhsullarına 100% həcmində gömrük rüsumlarının tətbiq edilməsi barədə göstəriş verib. Bu qərar istehsalçı şirkətlər qiymətləri aşağı salmaqdan və ya öz istehsalatlarını ABŞ ərazisinə köçürməkdən imtina etdikləri təqdirdə qüvvəyə minəcək.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, aprelin 2-də Ağ Ev tərəfindən yayımlanan sənədlərə əsasən, prezident ABŞ-nin səhiyyə sistemini və milli təhlükəsizliyini gücləndirmək məqsədilə patentləşdirilmiş əczaçılıq məhsullarına və onların tərkib hissələrinə rüsumların tətbiq olunmasını əmr edib.
100 faizlik tariflər iri müəssisələr üçün 120 gün, kiçik şirkətlər üçün isə 180 gün sonra tətbiq edilməyə başlanacaq. Avropa İttifaqı dövlətləri, Yaponiya, Cənubi Koreya, İsveçrə və Lixtenşteyndən gətirilən məhsullar üçün rüsum dərəcəsi 15% müəyyən edilib.
Böyük Britaniyadan tədarüklər üçün bu göstərici daha az olacaq, lakin dəqiq rəqəm hələlik açıqlanmayıb. Vaşinqton ilə məhsulların ucuzlaşdırılması və istehsal güclərinin ABŞ ərazisinə keçirilməsi barədə razılığa gələn şirkətlər üçün istisnalar nəzərdə tutulur. Belə olan halda yeni rüsumlar 20% təşkil edəcək və ya tamamilə ləğv olunacaq.
Bundan əvvəl ABŞ rəsmiləri bəzi iri istehsalçılarla bu cür razılaşmaların əldə olunduğunu bildirmişdilər. Sənədlərdə ABŞ Ticarət Nazirliyinin dərman tədarükü ilə bağlı araşdırma apardığı da qeyd olunur. Ağ Evdən vurğulanıb ki, təhqiqat patentləşdirilmiş əczaçılıq preparatlarının və onların inqrediyentlərinin ABŞ-yə idxal həcminin və şərtlərinin ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını aşkar edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".