
Dövlət Bağçalının taxdığı üzük Türkiyədə gündəm oldu - FOTO
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında barmağına taxdığı üzük və yaxasındakı nişanın simvolik mənalar daşıdığı ortaya çıxıb.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında barmağına taxdığı üzük və yaxasındakı nişanın simvolik mənalar daşıdığı ortaya çıxıb.
Bu barədə Gundem.today "Hürriyet" nəşrinə istinadən xəbər verir.
Üzüyün dizaynında şəffaf quruluşu və mavi tonları ilə diqqət çəkən mavi topaz daşından istifadə edilib.
Mavi topaz daşının şəffaf və təravətləndirici görünüşü ilə qan dövranı balansına töhfə verdiyi və qan təzyiqi aşağı olan insanlara enerji verdiyi düşünülür. Daşın ətrafında Böyük Səlcuq hökmdarı Sultan Alparslana aid edilən sözlərin yazıldığı mətn var.
"Sizə elə bir vətən aldım ki, əbədi olaraq sizin olacaq", - deyə mətndə yazılıb.
Üzüyün yan tərəflərində Səlcuq qartal simvolunun qanad forması vurğulanır. Üzüyün digər tərəflərində qabardılmış şəkildə işlənən ikibaşlı qartal motivləri dizayna tarixi dərinlik və simvolik məna qatır, bütün elementlər bir araya gələrək vahid bir kompozisiya yaradıb.
Dövlət Bağçalının yaxasındakı nişanın dizaynı isə üzüyün estetik və simvolik elementlərinə uyğun olaraq, mavi topaz daşları, qabartma detallardan istifadə edilərək və Sultan Alparslanın sözlərinə istinad edilərək hazırlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBolqarıstandan Ukraynaya silah tədarükü ilə bağlı qərar
Bolqarıstanın yeni hökuməti Ukraynaya silah tədarükünü dayandırmaq niyyətindədir.
DünyaErmənistanda seçkidən sonra müxalifət liderinə qarşı cinayət işi açıldı - FOTO
Ermənistanda parlament seçkilərindən sonra "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan barəsində vergidən yayınma ittihamı ilə cinayət işi açılıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub.
DünyaAlla Puqaçova kommunal borclarına görə məhkəməyə verilib
Rusiyanın məşhur müğənnisi Alla Puqaçova Moskvanın mərkəzindəki mənzilinin kommunal borclarını ödəmədiyi üçün məhkəməyə verilib.
DünyaErmənistanda səslərin yenidən sayılması prosesi başlayıb: Seçkinin nəticələri dəyişəcəkmi?
Ermənistanda dairə seçki komissiyalarında (DSK) bəzi bölgələrdə səslərin yenidən sayılması prosesi başlayıb və bu da canlı efirdə yayımlanıb.