
Dövlət dəstəyi ilə KOB subyektlərinin məhsul və xidmətləri "Caspian Agro Week"də nümayiş olunur - FOTO
Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri keçirilir.
Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri keçirilir.
Gundem.today xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışını genişləndirmək, satış imkanlarını artırmaq, məhsul və xidmətlərinin tanıdılmasına dəstək məqsədilə Agentlik bu il də sərgidə xüsusi stendlə təmsil olunur.
KOBİA-nın stendində KOB-lar tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran, pendir kimi məhsullar və xidmətlər nümayiş olunur. Ümumilikdə Agentliyin stendində 10-a yaxın KOB subyekti dövlət dəstəyi hesabına məhsul və xidmətlərini sərgiləyir. Həmçinin stenddə KOB subyektlərinə yeni biznes əlaqələri qurması və işgüzar görüşlər keçirməsi üçün lazımi şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanışlıq çərçivəsində KOBİA-nın stendində də olublar.
Qeyd edək ki, "Caspian Agro Week" və "İnterFood Azerbaijan" sərgiləri 8 may tarixinədək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycanı logistika mərkəzinə aparan yol - LONGREAD - FOTO
Son illər dünya xəritəsində ticarət yolları iqtisadi çərçivədən çıxaraq, daha çox geosiyasi alətə çevrilib. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi qlobal logistikanın illərlə formalaşmış balansını sarsıdaraq, marşrutların təhlükəsizlik və etibarlılıq prizmasından yenidən qiymətləndirilməsinə səbəb olub. Əgər bir zamanlar Çinlə Avropa arasında yük axınının əsas hissəsi Şimal marşrutu ilə - Rusiya üzərindən daşınırdısa, bu gün həmin xətt sanksiyalar, siyasi risklər və qeyri-müəyyənlik fonunda əvvəlki
İqtisadiyyatDaha doqquz KOB subyektinə "Startap" şəhadətnaməsi verilib - FOTO
İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.
İqtisadiyyatNazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər"
"Bu il yağışların bolluğu taxılçılıq sektoruna müsbət təsir edəcək".
İqtisadiyyatAzərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTO
"Azərbaycan Çinə fındıq və badam ixrac edəcək".