
Qazaxıstan öz hava məkanından Türkiyə hərbi təyyarələrinin keçidinə icazə verəcək
Qazaxıstan öz hava məkanından Türkiyəyə məxsus hərbi personalın və texnikanın tranzit keçidinə şərait yaradacaq.
Qazaxıstan öz hava məkanından Türkiyəyə məxsus hərbi personalın və texnikanın tranzit keçidinə şərait yaradacaq.
Gundem.today orda.kz-ə istinadla xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin plenar iclasında qəbul edilib.
Müdafiə nazirinin müavini Əsgər Mustabekov bildirib ki, Türkiyənin hərbi təyyarələri və yükləri Qazaxıstan səmasından istifadə edə bilər, ancaq bu proses əvvəlcədən razılaşdırılmalıdır:
"Qaydalara əsasən, iki variant nəzərdə tutulur: konkret uçuşa aid birdəfəlik buraxılış və ya illik icazə. Tranzit prosesi birdəfəlik və ya illik icazələr çərçivəsində baş tutur. Hər bir ölkənin verilmiş müraciəti geri çevirmək, təsdiqlənmiş icazəni ləğv etmək və ya müvəqqəti dayandırmaq hüququ var".
Ə.Mustabekov əlavə edib ki, Qazaxıstan tərəfi təhlükəli bildiyi istənilən hərbi tranzit uçuşunu anında dayandıra bilər. İcazənin verilməsindən öncə isə aidiyyəti qurumlar bütün detalları - uçuş aparatının növünü, yükün həcmini, xarakterini və təyyarədəki şəxsi heyətin sayını diqqətlə yoxlayacaqlar:
"Uçuş vasitəsinin növü, yükün təyinatı, çəkisi və hərbçilərin sayı barədə məlumatlar təqdim olunur, dövlət orqanları isə bu tranzitin mövcud tələblərə uyğunluğunu dəyərləndirir".
Bununla yanaşı, millət vəkilləri sənəddə konkret olaraq müəyyənləşdirilmiş müddətlərin yer almamasına da diqqət çəkiblər və sual ünvanlayıblar.
Nazir müavini deyib ki, dövlət ən qısa zamanda cavab verməlidir, ancaq konkret bir tarix tələb olunmur.
Qeyd olunub ki, sözügedən sənəd heç bir əlavə büdcə xərci yaratmır. Əksinə, bu razılaşma Qazaxıstana sülhməramlı missiyalar da daxil olmaqla, beynəlxalq əməliyyatlarda iştirak potensialını artırmağa imkan verəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPit Heqset: "ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib"
"İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Lincoln" aviadaşıyıcısına buraxdığı raketlər və pilotsuz uçuş aparatları (PUA) hədəflərinə çata bilməyib.
DünyaƏrdoğan və Tramp ABŞ-İran atəşkəsini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığında İranla əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.
DünyaSEPAH atəşkəsin pozulduğunu və İranda İsrail dronunun vurulduğunu bəyan etdi
İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.
DünyaKİV: İran gəmilərin Hörmüz boğazından keçidini dayandırdı
İran İsrailin Livana zərbələri səbəbindən gəmilərin Hörmüz boğazından keçidini müvəqqəti dayandırıb.