
"AL Market"lərdə avtomobil qazandıran lotereya
"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.
"AL Market"lər şəbəkəsində "Siyəzən Dadlı Toyuq Al Qazan!" adlı stimullaşdırıcı lotereya kampaniyasına start verilib. Kampaniya çərçivəsində alıcılar həm gündəlik alış-verişlərini edə, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edə bilərlər.
Lotereya 7 aprel - 7 may 2026-cı il tarixlərini əhatə edir və bütün "AL Market" filiallarında keçirilir. Kampaniyada iştirak etmək üçün alıcıların minimum 10 AZN dəyərində Siyəzən dadlı toyuq məhsulları alması kifayətdir. Hər 10 AZN-lik alış-veriş iştirakçıya bir şans qazandırır.
İştirak üçün alış-verişdən sonra çıxan qəbzdəki xüsusi QR kodu mobil telefon vasitəsilə skan edərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı iştirakçılar şəxsi məlumatlarını daxil edərək lotereyaya qoşula bilirlər.
Kampaniya çərçivəsində iştirakçıları bir-birindən dəyərli hədiyyələr gözləyir. Əsas mükafat isə "Changan UNI-Z 2025" avtomobilidir. Bundan əlavə, qaliblər soyuducu, "iPhone", soba, ətçəkən, "airfryer", "AirPods" və 100 AZN-lik "AL Kart" kimi müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Lotereya müddətində üç tiraj keçiriləcək və hər tiraj üzrə qaliblər "AL Market" rəsmi sosial media kanllarından canlı yayım vasitəsilə şəffaf şəkildə müəyyən olunacaq.
Tiraj tarixləri aşağıdakı kimidir:
- 22 aprel - I tiraj;
- 1 may - II tiraj;
- 14 may - III tiraj (final tiraj).
"AL Market"lər şəbəkəsi "Hər gün sərfəli" konsepti ilə müştərilərinə həm sərfəli qiymət, həm də əlavə dəyər təqdim etməyə davam edir.
Kampaniya ilə bağlı ətraflı məlumatı "AL Market" sosial media səhifələri və alqazan.almarket.az saytından ala bilərsiniz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
"Azercell Telekom" MMC "SAP S/4HANA" platformasına əsaslanan genişmiqyaslı transformasiya layihəsini uğurla başa çatdırıb. Bu təşəbbüs şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm mərhələ olmaqla yanaşı şirkətin əməliyyat proseslərinin daha effektiv təşkilinə şərait yaradır.
Digər"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub
Sərfəli mobil operator "Nar" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İmkanlar hər kəs üçün" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün nəzərdə tutulan təcrübə proqramına ev sahibliyi edir. Proqramın əsas məqsədi iştirakçıların real korporativ iş mühitinə inteqrasiyasını dəstəkləmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və inklüziv əmək mühitini təşviq etməkdir. Layihə Ümumdünya Şəhə
Digər50%-ə qədər endirim və 30 dəqiqəyə çatdırılma: "Wolt Market" Azərbaycanda təkliflərini gücləndirir
"Wolt" tətbiqində ("iOS", "Android") mövcud olan onlayn supermarket - "Wolt Market" istifadəçilərə ərzaq və gündəlik ehtiyac məhsullarını sürətli şəkildə birbaşa qapılarına çatdırmaq imkanı yaradır. Ənənəvi supermarketlərə rahat alternativ təqdim edir - müştərilər istənilən vaxt, 24/7 fəaliyyət göstərən "Wolt Market"dən sifarişlərini onlayn verir və cəmi 30 dəqiqə ərzində qapılarına çatdırılır.
Digər"Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur
Ölkənin aparıcı ödəniş təşkilatlarından biri olan "Modenis" MMC-nin fəaliyyətində mühüm dəyişiklik həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətini artırmaq və yeni innovativ həllər təqdim etmək məqsədilə "Modenis" MMC (eManat) "MPAY" MMC-yə qoşulur. Şirkətin bütün hüquq və öhdəlikləri "MPAY" MMC-yə ötürülür.