
Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24 faiz bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
Gundem.today "İnterfaks"a istinadən xəbər verir ki, buna səbəb Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlar və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranmış ciddi neft böhranıdır.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti 86 dollar/barel təşkil edəcək (2025-ci ildə bu göstərici 69 dollar/barel olub). Bu proqnoz Hörmüz boğazında vəziyyətin may ayından etibarən yaxşılaşacağını və neft tədarükünün 2026-cı ilin sonuna qədər müharibədən əvvəlki səviyyəyə qayıdacağını nəzərdə tutur.
Məlumata görə, alüminium, mis və qalay daxil olmaqla əlvan metalların qiyməti də rekord səviyyələrə çata bilər. Qiymətli metalların isə 2026-cı ildə orta hesabla 42% bahalaşacağı gözlənilir.
Dünya Bankının yeni baza proqnozuna əsasən, inkişaf etməkdə olan ölkələrdə 2026-cı ildə inflyasiya orta hesabla 5.1% təşkil edəcək (yanvar proqnozu ilə müqayisədə bir faiz bəndi yüksək). 2025-ci ildə bu göstərici 4.7% idi. Həmin ölkələr üçün iqtisadi artım proqnozu isə 0.4 faiz bəndi azaldılaraq 3.6%-ə endirilib.
Qeyd olunur ki, Yaxın Şərqdə münaqişənin genişlənməsi və ya enerji tədarükünün bərpasının gecikməsi xammal qiymətlərini daha da artıra bilər. Belə bir ssenaridə 2026-cı ildə "Brent" markalı neftin orta qiymətinin 115 dollar/barelə çatması istisna edilmir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran səfiri: "Müharibənin zərərlərini Hörmüz boğazından keçən gəmilərdən aldığımız rüsumlarla qarşılayacağıq"
"ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında heç bir müzakirəyə getməyəcək".
DünyaBMT: "İşlə bağlı psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur"
İş mühitindəki psixososial risklər hər il 840 min insanın ölümünə səbəb olur.
DünyaNeandertalların yoxa çıxması ilə bağlı yeni elmi faktlar
Uzun müddət hesab olunurdu ki, neandertallar beyin quruluşlarının kifayət qədər inkişaf etməməsi səbəbindən təkamül yarışında məğlub olublar.
DünyaDiyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?
Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.