
Diyetoloqların mətbəx sirri: Zeytun yağı niyə əvəzolunmazdır?
Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.
Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb.
Gundem.today xəbər verir ki, ekspertin bu məsləhəti "Real Simple" jurnalında dərc olunub.
Mütəxəssis salatların hazırlanması və qızartma prosesi üçün ən optimal seçimin zeytun yağı olduğunu vurğulayıb. S.Peruvemba bildirib:
"Zeytun yağı ürəyə xeyirli olan doymamış yağ turşuları ilə zəngindir. Eyni zamanda, tərkibindəki güclü antioksidant olan polifenollar iltihabi prosesləri və qandakı lipidlərin miqdarını aşağı salaraq ürək-damar sisteminin fəaliyyətini qoruyur".
Həmçinin diyetoloq qeyd edib ki, digər bitkimənşəli yağlarla müqayisədə zeytun yağının tüstülənmə nöqtəsi daha yüksəkdir. Bu xüsusiyyət orqanizmdə oksidləşdirici stresi gücləndirən və hüceyrə qişalarını zədələyən zərərli maddələrin yaranmasına mane olur.
Sonda mütəxəssis əlavə edib: "Təmizlənmiş (rafinə olunmuş) zeytun yağının tüstülənmə həddi 199-243°C, ilk sıxılma zeytun yağının isə 177-210°C təşkil edir. Məhz bu göstəricilər onu gündəlik mətbəx istifadəsi üçün olduqca universal vasitəyə çevirir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24% bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
DünyaDünya Bankından proqnoz: Enerji daşıyıcıları 24 faiz bahalaşacaq
Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.
DünyaResepti gizli qalan "Banberi" keksi tarixə qovuşdu: Şirkət ləğv edildi
Böyük Britaniyada XVII əsrin əvvəllərindən fəaliyyət göstərən və təxminən 400 il ərzində məşhur "Banberi" keksini hazırlayan ailə şirkəti fəaliyyətini dayandırıb.
DünyaTeylor Sviftin konsertinə hücum planlaşdıran şəxs terror təşkilatı ilə əlaqəli imiş
21 yaşlı Avstriya vətəndaşı A.Beran 2024-cü ilin avqust ayında Teylor Sviftin konsertinə qarşı hücum təşkil etməyə cəhd göstərdiyini etiraf edib.