
Dünya çempionatına gedə bilməyən İtaliya futbolunun rəhbəri İSTEFA VERDİ
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina istefa verib.
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina istefa verib.
Gundem.today xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial media hesabında məlumat verib.
72 yaşlı Q.Qravina 2018-ci ilin payız aylarından etibarən İtaliya Futbol Federasiyasına rəhbərlik edirdi. Məhz onun prezidentliyi dövründə - 2021-ci ildə İtaliya yığması Avropa çempionu olub.
Qeyd edək ki, martın 31-də İtaliya yığması 2026-cı il dünya çempionatına vəsiqə uğrunda həlledici pley-off matçında Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında 1:4 hesabı ilə uduzan İtaliya millisinin mundial arzusu puç olub. Bu nəticə ilə İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına yollanmaq şansını itirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
İdmanBrunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
İdman"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib.