
Dünya Çempionatının əsas favoritləri: Türkiyədən sürpriz gözlənilir
Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi builki dünya çempionatının əsas favoritlərinin adlarına aydınlıq gəlib.
Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi builki dünya çempionatının əsas favoritlərinin adlarına aydınlıq gəlib.
Gundem.today-ın "GIVE ME SPORT" nəşrinə istinadən yaydığı məlumata görə, nüfuzlu turnirin qələbəyə ən yaxın namizədi kimi İspaniya milli komandası göstərilir.
İddialıların reytinqində sonrakı pillələrdə müvafiq olaraq Fransa, İngiltərə, həmçinin hazırkı çempion Argentina və Braziliya yığmaları qərarlaşıb.
Turnirin gedişatında gözlənilməz nəticələrə imza atacaq sürpriz komandalar qismində isə Ekvador, Xorvatiya və Türkiyənin adları çəkilir.
Qələbə şansı ən aşağı qiymətləndirilən və mütəxəssislərin böyük ümid bəsləmədiyi autsayder komanda isə Haiti yığması olub.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi ilə baş tutacaq dünya çempionatı iyunun 11-də start götürəcək və iyulun 19-dək davam edəcək. Tarixdə ilk dəfə olaraq bu möhtəşəm Mundialda 48 ölkənin milli komandası çempionluq uğrunda mübarizə aparacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
İdmanBrunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
İdman"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib.