
Dünyada yanacaq böhranı başladı: Sərt qənaət tədbirləri hər yeri bürüyür
İndoneziya hökuməti dövlət xərclərinə və yanacaq istehlakına qənaət etmək məqsədilə yeni tədbirlər planı hazırlayıb.
İndoneziya hökuməti dövlət xərclərinə və yanacaq istehlakına qənaət etmək məqsədilə yeni tədbirlər planı hazırlayıb.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" Asiya-Sakit okean regionunun iqtisadiyyatı üzrə analitiki Svati Pandeyin sözlərinə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, bu məhdudiyyətlərə dövlət qulluqçularının cümə günləri məcburi şəkildə distant işə keçirilməsi, fərdi nəqliyyat vasitələri üçün gündəlik yanacaq limitinin tətbiqi və məktəblərdə ödənişsiz qidalanmanın ixtisar edilməsi daxildir.
Rəsmi qurumlar qiymətlərin artması ilə bağlı hələlik hər hansı bəyanat verməsə də, "Barclays Bank"ın maliyyə ekspertləri bu ehtimalın yüksək olduğunu vurğulayırlar. Xatırladaq ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında logistika və təchizat çətinlikləri ilə üzləşən dövlətlərə yanacağı birbaşa ABŞ-dən idxal etməyi məsləhət görmüşdü.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".