
Dünyanın ən nəzakətli ölkələri açıqlanıb - REYTİNQ
ABŞ-nin onlayn pul köçürmələri ilə məşğul olan "Remitly" şirkəti ən nəzakətli ölkələrin siyahısını açıqlayıb.
ABŞ-nin onlayn pul köçürmələri ilə məşğul olan "Remitly" şirkəti ən nəzakətli ölkələrin siyahısını açıqlayıb.
Gundem.today bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, araşdırma çərçivəsində 26 ölkədən 4 600 nəfər sorğuya cəlb olunub. Respondentlərdən ən nəzakətli hesab etdikləri ölkələri qeyd etmələri istənilib. Bundan əlavə, iştirakçılar özlərini nə dərəcədə nəzakətli hesab etdiklərini də qiymətləndiriblər.
Sorğunun nəticələrinə əsasən, Yaponiya reytinqin şəksiz lideri olub. Respondentlərin 35.15%-i bu ölkəni ən nəzakətli hesab edib. Tədqiqat müəlliflərinin sözlərinə görə, Yaponiyada nəzakət gündəlik həyatın ayrılmaz hissəsidir. Məsələn, baş əymək yalnız salamlaşma deyil, həm də hörmət əlaməti kimi istifadə olunur.
İkinci yerdə 13.35% göstərici ilə Kanada qərarlaşıb. Araşdırmada qeyd olunur ki, kanadalılar haqqında tez-tez səsləndirilən "hər şeyə görə üzr istəmək" stereotipi müəyyən qədər şişirdilmiş olsa da, cəmiyyətdə qarşılıqlı hörmət və diqqət mühüm rol oynayır.
Üçüncü pillədə isə 6.23% səslə Böyük Britaniya yer alıb. Britaniyalıların nəzakəti əsasən tez-tez "zəhmət olmasa" və "təşəkkür edirəm" ifadələrindən istifadə etmələri, həmçinin növbə mədəniyyəti ilə izah olunur.
İlk onluqda daha sonra Çin (3.07%), Almaniya (2.80%), Filippin (2.30%), İsveç (2.26%), Danimarka (2.07%), Finlandiya (1.92%) və Cənubi Afrika Respublikası (1.82%) qərarlaşıblar.
Araşdırma, həmçinin göstərib ki, ölkə sakinlərinin özlərini qiymətləndirməsi ilə xaricilərin fikirləri arasında fərq var. Belə ki, Braziliya, Çili, Hindistan, İsveç, Fransa, Meksika, İspaniya, Cənubi Afrika Respublikası, ABŞ və Portuqaliya sakinləri özlərini daha çox nəzakətli hesab edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.