
Dünyanın ən yaşlı rahibəsi 113 yaşını qeyd edib - VİDEO
ABŞ vətəndaşı, dünyanın ən yaşlı rahibəsi sayılan Frensis Piskatella 113 yaşını qeyd edib.
ABŞ vətəndaşı, dünyanın ən yaşlı rahibəsi sayılan Frensis Piskatella 113 yaşını qeyd edib.
Gundem.today "ABC News" telekanalına istinadən xəbər verir ki, 113 yaşlı rahibə öz hislərini "Artıq yaşlarımı saymıram" deyərək ifadə edib.
Rahibəni doğum günü münasibətilə Roma Papası XIV Leo da təbrik edib.
Qeyd edək ki, Piskatella həyatı boyu 10-cu pontifikin fəaliyyətinin şahidi olub. O, həmçinin ABŞ-də 20 prezidentin dəyişməsini, iki dünya müharibəsini və bir sıra pandemiyaları görüb.
Frensis Domeniçi Piskatella 1913-cü il aprelin 19-da Nyu-York ştatının Sentral-Ayslip şəhərində anadan olub. Gənc yaşlarında bədbəxt hadisə nəticəsində qolunun bir hissəsini itirib. 17 yaşında Amitvill şəhərində Müqəddəs Dominik bacıları ordeninə qoşulan Piskatella, 52 il müəllimlik edib və Molloy Universitetində dərs deyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Meta" işçilərinin fəaliyyətini izləyəcək
ABŞ-nin "Meta" şirkəti əməkdaşlarının xidməti kompüterlərində yeni nəzarət alətləri quraşdırmağı planlaşdırır. Bu sistem vasitəsilə klaviatura toxunuşları və kliklər qeydə alınacaq, həmçinin müntəzəm olaraq ekranın skrinşotları (ekran görüntüləri) çəkiləcək.
DünyaDənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olub
2025-ci ildə qeyri-qanuni miqrasiya marşrutlarında 7 904 insan həlak olub və ya itkin düşüb.
DünyaAğ Ev: Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir
ABŞ Prezidenti Donald Tramp İran tərəfinə sazişlə bağlı təklifin təqdim olunması və atəşkəs rejiminin başa çatması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib.
DünyaÇində ürəyi 40 saatdan çox dayanan kişi sağ qalıb
Çində Çjeczyan Universitetinin həkimləri ürəyi faktiki olaraq 40 saatdan çox dayanmış pasiyenti xilas ediblər.