Son dəqiqə
Yeniyetmələrin onlayn təhlükəsizliyi: Qadağalar niyə işə yaramır?Çernobılın 40 illik "mirası": Avstriyada hələ də yüksək radiasiya aşkarlanır"Meta" işçilərinin fəaliyyətini izləyəcəkDənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olubAğ Ev: Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edirÇində ürəyi 40 saatdan çox dayanan kişi sağ qalıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Ağ Ev: Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir
Ağ Ev: Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir
Dünya

Ağ Ev: Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir

Bu gün
05:00
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp İran tərəfinə sazişlə bağlı təklifin təqdim olunması və atəşkəs rejiminin başa çatması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib.

ABŞ Prezidenti Donald Tramp İran tərəfinə sazişlə bağlı təklifin təqdim olunması və atəşkəs rejiminin başa çatması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib.

Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Bugünkü bəzi xəbərlərə rəğmən, prezident İrandan təklifin alınması üçün sərt vaxt çərçivəsi müəyyən etməyib. Nəticə etibarilə son müddəti ABŞ-nin ali baş komandanı - prezident müəyyən edəcək", - deyə o, müvafiq sualın cavabında qeyd edib.

Həmçinin "Fox News"a açıqlmasında Tramp özü də İrana üç və ya beş günlük müddət verilməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

"Mən tələsmirəm, ən yaxşı razılaşmanı istəyirəm", - deyə Tramp vurğulayıb.

Bundan əlavə, Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ Administrasiyası İran tərəfdən kimin razılaşma bağlaya biləcəyi ilə bağlı təsəvvürə malikdir və Tehrandan "vahid təklif" gözləyir.

O deyib ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda öz "qırmızı xətləri"ni müəyyənləşdirib və zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir.

"İran heç vaxt ABŞ və müttəfiqlərimizi təhdid edə biləcək nüvə silahı əldə edə bilməz və onlar əllərində olan zənginləşdirilmiş uranı təhvil verməlidirlər. Tramp bunu onlara açıq şəkildə bildirib və indi biz İran rejiminin cavabını gözləyirik", - deyə Livitt vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#ABŞ-İran_münasibətləri#Kerolayn_Livitt

Oxşar Xəbərlər

Yeniyetmələrin onlayn təhlükəsizliyi: Qadağalar niyə işə yaramır?Dünya

Yeniyetmələrin onlayn təhlükəsizliyi: Qadağalar niyə işə yaramır?

Gənclər arasında rəqəmsal mühitdə hüquq pozuntularının çoxalması azyaşlıların qlobal şəbəkədə daha çox vaxt keçirməsi ilə əlaqələndirilsə də, onlara sosial şəbəkələrdən istifadə etməyi qadağan etmək düzgün çıxış yolu deyil.

Bu gün
06:160
Çernobılın 40 illik "mirası": Avstriyada hələ də yüksək radiasiya aşkarlanırDünya

Çernobılın 40 illik "mirası": Avstriyada hələ də yüksək radiasiya aşkarlanır

Avstriyanın Yuxarı Avstriya federal əyalətində Çernobıl fəlakətinin izlərinə bu gün də rast gəlinir.

Bu gün
06:000
"Meta" işçilərinin fəaliyyətini izləyəcəkDünya

"Meta" işçilərinin fəaliyyətini izləyəcək

ABŞ-nin "Meta" şirkəti əməkdaşlarının xidməti kompüterlərində yeni nəzarət alətləri quraşdırmağı planlaşdırır. Bu sistem vasitəsilə klaviatura toxunuşları və kliklər qeydə alınacaq, həmçinin müntəzəm olaraq ekranın skrinşotları (ekran görüntüləri) çəkiləcək.

Bu gün
05:440
Dənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olubDünya

Dənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olub

2025-ci ildə qeyri-qanuni miqrasiya marşrutlarında 7 904 insan həlak olub və ya itkin düşüb.

Bu gün
05:200